Mənimlə Gəzintiyə Çıx

MƏNİMLƏ GƏZİNTİYƏ ÇIX

İşçilərin diqqətini iş məsələlərində saxlamaq üçün əlindən gələni artıq etmisən – interaktiv rəngli çarxlar, Toni Robinsın motivasiyalı videolar və. Nə etsən də, onların diqqətini bir yerə cəmləyə bilmirsən. Sonda da onları ya telefonda, ya da müxtəlif gülməli memları izləyərkən tapa bilərsən. Sözsüz ki, maraqlı pişik memləri işin özündən daha maraqlı görsənə bilər, Lakin bu problemin tək bir yolu var. İşçilərini gəzintiyə apar. Onları gəzintiyə çıxarıb onlarla söhbət et.

Araşdırmalar göstərir ki, məhz belə bir gəzintilər işçilər üçün əsl köməkçi vasitədir. Gəzinti zamanı ürək döyüntüsü normallaşır, oksigen çatışmazlığı aradan qalxır, yaddaşımız da normallaşmağa başlayır.

Bunu təkcə işçilərin üçün deyil, özün üçün də et. Orta hesabla insanların əksəriyyəti 9 saatdan çoxunu kompyuter qabağında keçirir. TED spikeri Nilofer Merçantın dediyi kimi, “ofisdə vaxt keçirmə yeni siqaret çəkmə növüdür”. Bu tamamilə düzgün bir ifadədir və təəsüflər ki, çoxlu xəstəliklərə səbəb ola bilər.

Stiv Cobs yüksək iş ağırlığına baxmayaraq həmkarları ilə gəzinti zamanı vacib məsələləri müzakirə edib, Eynşteyn isə hər hansı bir çətin sualı düşünərkən çimərliyə çıxırdı.

Odur ki, sən nəyi gözləyirsən? Gəzintiyə çıx, özünlə Tranquini götür və işçilərinlə rahat vaxt keçirt.

Texnoloqiyalarla Stressdən azad olmaq

TEXNOLOQİYALARLA STRESSDƏN AZAD OLMAQ

Nə vaxtsa ailə üzvlərin “texniki problemləri” yaşayıbmı? Məsələn, baba təsadüfən kiməsə şəkil göndərib? Ya da anan Facebook-da doğma dili çin dilinə dəyişdirib? Ya da atan hər hansı texniki problemlə üzləşibmi? Texnoloqiyalar hər nəsil nümayəndəsi üçün stress mənbəsi ola bilər, yəni təkcə valideynlər üçün deyil – adi Skype zəngində belə problem yarana bilər.

Texnoloqiyalar həyatımızı nə qədər asanlaşdırsa da, bir o qədər də çətinləşdirə bilər.

Nə yaxşı ki, bəzi proqram əlavələri bizə stressdən azad olmağa komək edə bilər. Tranquini ilə birlikdə bu beş proqram əsl istirahət mənbəyidir. 

Headspace

8,5 milyon istifadəçi ilə birlikdə, məsələn, Emma Uotson, Riçard Brenson kimi, istifadəçilərlə, Headspace ən qeyri-stress proqram əlavələrindən biridir. Bu proqramla gün ərzində 10-15 dəqiqə keçirsəniz, siz öz daxili sülhünüzü tapacaqsınız.

Breathe2Relax

Breathe2relax proqramı düzgün nəfəs almağı öyrədir. Meditasiyada vacib rol oynayan düzgün nəfəs prosesi stressi aradan götürür və sakitləşdirir.

White Noise

Ətrafında olan bütün səslər səni yorur? Onda bu proqram ilə səslər artıq səni yormayacaq. Əksinə, sənin üçün artıq müalicəvi, sakitləşdirici təsir göstərəcək. Bu proqramdan işində və ya yataq otağında istifadə et və sakitləş.

Pause

Qədim Tay Çi prinsiplərindən ilhamlanan bu proqram sözün əsl mənasında sakitliyi barmaqlarda bəxş edir. Bu proqramla artıq bir neçə dəqiqədə sakitləşə biləcəksən. Əvvəlcədən xəbərdar edirik, bu proqram tezliklə sevilən proqramların arasında olacaq.

Sleep Cycle

Qədim Tay Çi prinsiplərindən ilhamlanan bu proqram sözün əsl mənasında sakitliyi barmaqlarda bəxş edir. Bu proqramla artıq bir neçə dəqiqədə sakitləşə biləcəksən. Əvvəlcədən xəbərdar edirik, bu proqram tezliklə sevilən proqramların arasında olacaq. est.

Odur ki, bu proqramlar vasitəsilə sən sakitlik tapa bilərsən, ya da ən yaxşısı, smartfonu cibinə qoy, Tranquini-nı götür və sakitləş.

SAKİT OL

SAKİT OL

Günü-gündən dəyişən dünyada sakit qalmaq o qədər də asan iş deyil. Sən işin, ailən, dostların, hətta dostlarının dostlarına görə aktiv qalmalısan və elektron poçt, sosial meadia və qrup çatlarında (məcbur şəkildə qoşulduqlarına da) 24 saat onlayn qalmalısan. Bundan əlavə, mağazalarda alış-veriş etmək, salona getmək, həkimi ziyarət etmək və s. kimi işlər səni gözləyir. Bir boş dəqiqən belə yoxdur, amma yenə də sakitliyi hiss etmək ehtiyacını mütləq ödəməlisən.

“Həftə ərzində 4 saatlıq iş” kitabın müəllifi Tim Ferris minlərlə müxtəlif sahələrdə çalışan adamlardan müsahibə alıb. “Fikir verdim ki, müsahibə aldığım 80% şəxs gün ərzində meditasiya ilə məşğul olmağa vaxt tapır”. Ferrisin fikrincə, yoqa bu prosesin vacib hissələrindən biridir.

Məhz bu səbəbdən biz sizə öz uğur açarını yoqada tapan 5 məşhur insan barədə danışmaq istərdik.

Beyons – Musiqiçi

Əgər Beyons kimi “dünyanı idarə etmək istəyirsənsə”, onda Beyons kimi hərəkət et. Pop müğənni hər gün yoqa ilə məşğul olmağa vaxt tapır. Onun sözlərinə görə, “yoqa stressə qalib gəlmək üçün ən böyük köməkçidir”. Əgər yenə də bir sübut axtarırsansa, onda sən sadəcə çıxışlarından birinə fikir ver.

Riçard Brenson – Biznesmen və Filantrop

Təəcüblü bir şey yoxdur ki, Virgin şirkətinin rəhbəri aktiv olmağı özü üçün uğur açarı kimi müəyyən edib. Brenson öz bloqunda yazmışdır: “Yoqa həm aktiv olmağa, həm də dincəlməyə kömək edir”. Brenson hətta “uçuş vaxtı yoqa” ideyasının müəllifidir.

Ellen Deceneres – “Talk Show” verilişinin aparıcısı

“Talk Show” verilişinin kraliçası Ellen Deceneres meditasiya və yoqaya vaxt tapıb düzgün qidalanma ilə (Ellen veqandır) sağlam həyat tərzi saxlayır. Televiziyanın ən maraqlı aparıcısı gün ərzində 60-90 dəqiqə yoqa ilə məşğul olur. Tam rahatlıq tapandan sonra o, əsas işinə başlayır – insanları güldürmək işinə.

Jizel Bundxen – Model

Jizel Bundxen dünyanın ən məşhur modellərindən biridir. Bu nəticəyə o, gərgin iş həyatından gələ bilməzdi. Hər gün ən azı bir saat Jizel Anusara yoqa ilə məşğul olur. Bu onun sevimli yoqa növüdür.

Devid və Viktoriya Bekhem – Futbolçu və Dizayner olan Pop ulduz

Bu cütlük yoqa ilə birlikdə məşğul olur. Hər həftə yoqa ilə eyni zamanda birlikdə məşğul olmağa çalışırlar. Onların sözlərinə görə, belə yoqa məşğələləri zamanı onlar bir yerdə nəfəs alıb, bir anda hərəkət etməklə bir-birilərinə daha da yaxın olurlar. Artıq bir ildən çoxdur ki, belə bir yoqa növü ilə məşğuldurlar.

Odur ki, əgər Bekhemlər kimi olmaq istəyirsənsə və ya gün ərzində özünə bir az boş vaxt ayırmağı arzulayırsansa, onda həftə ərzində yoqanı günün vacib hissəsinə çevir və Tranquini-nı sakitliyin əsas hissəsi et. 

Sakitliyin Portreti: Sərbəst Dayvinq aləmi

SAKİTLİYİN PORTRETİ: SƏRBƏST DAYVİNQ ALƏMİ

Dəniz səviyyəsindən 100 metr aşağıda artıq tamamilə qaranlıqdır. Bədəninə 13 dəfə çox təzyiq olur. Çox soyuqdur, dəniz səviyyəsindən aşağı enməklə havan çatmamağa başlayır. Ağ ciyərlərdə hava daralır və hər saniyə ilə üzmək sənə daha da çətin gəlir. Pis yuxu kimi görsənir, düzdür? Lakin məşhur sərbəst dayveri Gilyermo Neri üçün bu belə görsənmir.

Dəniz səthində sizin təbii instiktiniz – mübarizə etməkdir, lakin Neri belə şəraitdə olarkən özünü tam başqa cür aparır. Siz özünüzü sakit və rahat hiss etməlisiniz.

Adrenalinin yüksək səviyyəsini tələb edən bir çox ekstremal idman növlərindən fərqli olaraq, sərbəst dayvinq bədənin və ruhunun tam sakit olmasını tələb edir. Neri deyir, “Sən özünə deməlisən ki, təbiət səndən güclüdür. Ona görə də suya qalib gəlməyə imkan verməlisən. Mən təzyiqi qəbul edirəm və sakitləşirəm”.

Neri həmçinin qeyd edir ki, pozitiv qalmaq və “bəlkə” suallarından xilas olmaq çox vacibdir. Yalnız indiki zamanda fikri cəmləyib yaranan şəraiti kontrol etmək lazımdır. “Heç vaxt okean səthinə baxma, nə gözlərinlə, nə ağlınla”, Neri deyir.

Sərbəst dayvinq həm də düzgün nəfəs almanın nə qədər vacib olduğunu göstərir. Düzgün nəfəs almada fikrimizi cəmləməklə sərbəst dayver özünü daha əmin və sakit hiss edir. 

Belə bir qaydalarla Neri və başqa sərbəst dayverlərin həkimlərin fikrincə mümkün olmayan dərinliklərə çata bilirlər. İdman ağlın gücünü bir daha sübut edir.

Odur ki, gələn dəfə böyük təqdimatdan əvvəl və ya imtahana yollanarkən, və ya tıxacda qalarkən təşvişə düşəndə, sakitləş,Tranquini iç və özünün necə güclü ola biləcəyindən zövq alacaqsan.

Uğurlu insanların beş vərdişi

UĞURLU İNSANLARIN BEŞ VƏRDİŞİ

Müəllif Conatan Franzen “Düzəlişlər” əsərini qulaqcıqlarda və gözü bağlı yazmışdı ki, heç nə və heç kim onun diqqətini pozmasın. Britaniyalı rəssam Frensis Beykon içkili vəziyyətdə yazırdı, çünki onun sözlərinə görə, içkili olarkən o, daha enerjili olurdu və işləməyə həvəsi yaranırdı. Bencamin Franklin isə evdəki bütün qapı-pəncərələri açıb “hava vannaları” qəbul edirdi.

Bir çox uğur qazanan insan iş vaxtı şəxsi vərdişlərə sahibdirlər. Ən əsas tərəf də odur ki, həmin insanlar uğurlu qalmaq üçün şəxsi münasibətlər, şəxsi vaxt və yuxu ilə vidalaşmalı olurdular.

Tranquini sağlam, balanslaşdırılmış həyat tərzinə inanır və beş uğur qazanan insanla sizi tanış etmək istəyir.

Oxuyun və həvəslənin.

Həmişə optimist ol – Elon Mask – Tesla

Tesla firmasının, SPACE X rəhbəri və PayPal-ın əsasını qoyan Elon Mask karyera boyunca müxtəlif müsbət və mənfi fikirlə rastlaşıb. Bir çoxları ona “elektrik enerjidə işləyən maşının işləyəcəyi mümkün deyil” deyirdi. Lakin Mask öz işinə davam edirdi – o, qətiyyətli optimist idi. O, mümkün olmayanı mümkün etməyə hazır idi. “Əgər səhər oyanıb gələcəyinin daha yaxşı olacağına ümidlisənsə, onda həmin gün əla gündür. Əks halda, xeyr”.

Riskli ol – Beyons Knouls – Musiqiçi

Beyons həyatı boyu ona verilən hər bir şansdan istifadə edib, hətta ən riski şans olsa belə. “Mən heç vaxt sakitləşməyəcəm. Hər zaman çalışıram və əlimdən gələni edirəm. Bir zirvəyə qalxdıqca yeni zirvəni axtarıram. Beləliklə, mən indi olduğum yerə çatmışam”. Digər insanların qorxduğu anlarda uğurlu insanlar risk etməyi xoşlayır. Hətta ilk anda uğur qazanmasalar belə, onlar səhvlərin üstündə öyrənib yeni yol axtarmağa başlayırlar.

Oxu, oxu, oxu –Mark Zukerberq

2015-ci ildə, Facebook-un təsisçisi, Mark Zukerberq hər iki həftə yeni kitaba başlayırdı. Bil Geyts hər həftə yeni kitaba başlayır, amerikalı biznesmen Varren Buffet isə günün 80%-ni oxumağa sərf edir. Uğur qazanan insanlar oxumağı çox sevirlər və daha çox elmi, tədris kitablarına meyl göstərirlər.

Aktiv qal – Barak Obama

Barak Obama həftədə 6 dəfə, gündə 45 dəqiqə kardio idmanla məşğul olur. O, həmçinin bəzən Vaşinqtonda olarkən basketbol ilə də məşğul olur. Redaktor Anna Vintur hər gün işdən əvvəl bir saat tennislə məşğul olur. Riçard Brenson serfinq, Cennifer Eniston isə yoqa ilə hər səhər məşğul olur. Uğur qazanan insanlar başa düşürlər ki, aktiv qalmaqla onlar daha da güclü olurlar.

Praktika hər şeydən öndə – Opra Vinfrey – Talk Show aparıcısı

Opra Vinfrey gündə 20 dəqiqə meditasiya ilə məşğul olur. “Hər gün belə bir praktika ilə mən özümü daha yaxşı başa düşürəm. Çünki həmin anda mən 1,000% daha yaxşı oluram”. Araşdırmalar göstərir ki, meditasiya stressə qalib gəlir və iş məhsuldarlığını artırır. Bunu Ceff Veyner (Linkedin təsisçisi), Rasel Simons (Def Jam Records təsisçisi) və Leydi Gaga sınaqdan keçirir.

Odur ki, bu insanlar barədə oxu, həvəslən və sağlam, balanslaşdırılmış həyat tərzi ilə tanış ol. Gündəlik vərdişlərə də Tranquini-nı əlavə etməyi unutma.

BÖYÜKLƏR ÜÇÜN OYUN MEYDANÇALARI

BÖYÜKLƏR ÜÇÜN OYUN MEYDANÇALARI

“Böyüklər üçün oyun meydançaları” – bu ifadəni deyərkən yadımıza dostlarla həftə sonu keçirdiyimiz maraqlı günlər və oyunlar gəlir. Yaxşı vaxtlar idi. Lakin sizdə indi səhv anlayış yaranmasın deyə, biz bu ifadənin nəyi anlatdığını başa salacağıq.

Belə bir meydançaların əsas məqsədi böyüklərə daxildə olan uşağı azad edib özünü sərbəst və gümrah etməsidir. Bütün bunları da bahalı trenajor zallarına yazılmayıb da etmək mümkündür.

Bu yeni trend böyüklərə sosiallaşmağa, daha gümrah olmağa və əyləncəli vaxt keçirməyə imkan yaradır.

Biz də sənin üçün 5 nümunə tapmışıq və ümid edirik ki, sən də özünü bu yeni qeyri-adi şəraitdə sınaya biləcəksən.

Superkillen – Kobenhavn, Danimarka

Superkilen böyüklər üçün nəzərdə tutulan oyun meydançalarının ideal nümunəsidir. Park üç hissəyə bölünüb: qırmızı kvadrat, qara bazar və yaşıl park. Hər bir hissə özündə maraqlı istirahət zonasını birləşdirir. Burada İrakdan olan attraksiona, Braziliyadan olan oturacaqlara, Zanzibardan olan lyuklara, Mərakeşdən olan fontana və Oktopus cəngəlliklərindən olan yapon trenajora rast gəlmək olar. Bu məkanda hər kəs özü üçün nəsə tapa bilər.

Mitte Dağı – Berlin, Almaniya

Alpinistlər üçün ideal məkandır. Mitte dağı Berlinin düz ürəyində yerləşir. Əgər başgicəllənmədən əziyyət çəkməyəcəksizsə, onda bu sizin yerinizdir. Və əgər alpinizmlə məşğul olmaq planınızda yoxdursa, onda çimərlik voleybolu oynayıb havai üslubunda olan barda dadlı yemək və içkilərdən həzz ala bilərsiniz.

Pələng və Tısbağa – Sehrli Dağ, Duisberq, Almaniya

Almaniyalı rəssamlar Xeyke Mutter və Ulrix Qent tərəfindən quraşdırılan bu yol avtomobilsiz olan amerika attraksionlara bənzəyir. 21 metrlik yol Duysberqdə dağın üstündə yerləşir və oradan çox gözəl mənzərə açılır. Ziyarətçilər burada idman məşğələləri ilə məşğul ola bilərlər. Bu məkan gündə 24 saat işləyir, gecə lampaları ilə işıqlanır və bura gələn hər bir ziyarətçi üçün qeyri-adi bir yer olur.

Şəhər Muzeyi, ST. Luis, ABŞ

600,000 kv. fut sahəyə malik olan həm uşaqlar, həm böyüklər üçün fantastik bir məkan sayılır. O, daha çox müxtəlif memarlıq və sənaye obyektlərindən ibarətdir və ziyarətçilər burada təqdim olunan obyektlərlə özləri tanış ola bilərlər. Burada həmçinin süni mağara, görüntü çarxı və iki təyyarə var. İstirahət günlərində o, yalnız böyüklər üçün açıqdır.

JEJU Sevgi Adası, Cənubi Koreya

Bəli, bu park digərlərindən bir qədər fərqlənir. Erotik park kimi adlandırılan Jeju Sevgi Adası 2004-cü ildə açılıb və məqsədi seksuallığın təbii gözəlliyini göstərməkdir. Burada müxtəlif seksual pozanı göstərən 140 abidə təqdim olunub. Buraya bal ayını yaşayan cütlüklər tez-tez gəlir və bu məkan ciddi şəkildə təkcə böyüklər üçün nəzərdə tutulub.

Odur ki, daxilində olan uşağı azad et və yeni macəralara hazır ol!

Yaşıllıq

YAŞILLIQ

Sizin ofisiniz tropik oazis kimi görünə bilərdi. Klaviş səsləri isə yağış səsini xatırlada bilərdi. Su kulleri şəlaləni, ofis telefonun zəng səsləri isə nadir quşun səsinə oxşaya bilərdi. Biz axı indi kimi aldadırıq? NASA-ya Marsda həyatı tapmaq daha asan iş olardı.

Lakin gündəlik həyatımıza təbiəti gətirmək üçün üsullar mövcuddur. Birinci üsul – ofisdən çıxıb binanı tərk etmək, əşyalarımızı toplayıb naməlum adaya istiqamətlənmək. Amma, təəsüflər, bu qeyri-praktik bir üsuldur.

İkinci və daha asan üsul – ofisi yaşıllaşdırmaqdır. Exeter Universitetində aparılan araşdırmalara görə, ofislərində bitkilərİ saxlayan işçilər 15% daha böyük iş məhsuldarlığına sahibdirlər. Araşdırmalar həmçinin göstərir ki, maraqlı və “yaşıl” ofislər insanları işləməyə daha çox həvəsləndirir.

Tranquini, öz növbəsində, “Stresslə mübarizə” ayında sizə kömək etməyə və yaşıllaşdırılmış ofisin ruhunuza necə böyük kömək etdiyini göstərməyə hazırdır. 

Ofis bitkiləri sizə iş məhsuldarlığı bəxş edir

Bitkilərin mövcudluğu sizə diqqəti və zehni aydınlığı bəxş etməyə qadirdir. Daha az səhvlər və daha tez işlər qurulur. Bu, yüksək səviyyədə oksigenin artırılması və karbon oksigen səviyyəsinin azalması ilə bağlıdır.

Bitkilər Sağlamlıq üçün faydalıdır

Artıq çoxdan sübut olunub ki, ofisinizdə bitkilər mövcud olsa, siz daha nadir hallarda xəstələnəcəksiniz. Bu, həmçinin, hava keyfiyyətinə öz təsirini göstərir. Boyalar, mebel, plastik ətrafımızda olan toksinlərin sayını daha da artırır. Odur ki, həmkardan xəstələndirməyi istəmirsinizsə, onda ofisinizi yaşıllaşdırmağa başlayın.

Təbiət rəngləri sizin əhvalınızı yaxşılaşdırır

Yaşıl və göy rəngləri sizin diqqətinizi daha tez şəkildə cəmləşdirməyə və özünüzü yaxşı hiss etməyə kömək edəcək. Sözsüz ki, masanızı və ətrafınızı bu rənglərə boyaya bilməzsiniz, lakin masanızı lazım olan bitkilərlə bəzəyə bilərsiniz. Suvenirlər, şəkillər və şəxsi əşyalar da xoşbəxtlik hissini artırır. Odur ki nəyi gözləyirsiniz? Masanı şəxsi aləminə çevirt.

Ofis bitkiləri səs-küyü azaldır

Müasir günlərdə səs-küy diqqətimizi cəmləndirməyə imkan vermir. Lakin çoxdan sübut olunub ki, bitkilər səs-küyün gücünü azaldır, və beləliklə, bizə kömək edə bilər. Ofisə bitki gətir və Bruno Marsın mahnısını qulaqcıqlarda tez-tez qoşmaq lazım olmayacaq.

Hansı bitkilər alınmalıdır?

Çünki hər bitki ofisə yaraşmaz, odur ki, düzgün seçim etmək lazımdır. Məsələn, elə bitki var ki, çox işığa ehtiyacı yoxdur. Məsələn lemon məlhəmi bitkisi çox işıqlandırılmayan məkanda da yaşaya bilər. Kaktustlar da çox tələbli deyil.

Odur ki, tropik cənnətə yollanmağa vaxtınız və imkanınız yoxdursa, bu məqaləni müdirinizə, həmkar və dostlarınıza göstərin və bitki alışına başlayın. Tezliklə sən yaşıl oazisin ətrafında Tranquni içib Larri kimi xoşbəxt olacaqsan. 

İş vaxtı üçün musiqi pleylisti

İŞ VAXTI ÜÇÜN MUSİQİ PLEYLİSTİ

Böyük iş məkanları məxfilik və ya diqqəti cəmləşdirmək üçün imkan vermir. Daha çox diqqətiniz ofislə baş verən hadisələrlə üst-üstə düşməlidir. Əksər hallarda səs-küyü saxlamağın yeganə yolu qulaqcıqları taxıb düzgün mahnını seçməkdir.

Araşdırmalar göstərir ki, musiqi həm əhvalı qaldırır, həm iş məhsuldarlığını artırır. Bəs nəyə qulaq asmaq və nə vaxt? Klassik musiqi dinləyicilərin intellektini artırır – bunun adı Mosart effektidir. Bu effektlə diqqət və iş üçün həvəs artırılır. Bəzən də balinaların səsinə dinləmə Mick və Stones qrupunun bəxş etdiyi effektlə müqayisə edilə bilməz.

Biz, Tranquini-də, anlayırıq ki, fərqli musiqi fərqli əhvallara sahibdir və günün müxtəlif saatlarında dinlənilir. Ona görə də biz sizə bir neçə musiqi kompoziyası təklif edirik ki, siz gün ərzində onlara qulaq asa biləsiniz. Musiqidə olan istəklərinizdən asılı olmayaraq, siz burada sizə lazım olanı tapa biləcəksiniz.

Günün başlanğıcı

İş həftəsi ofisdə başlamır. O, yolda başlayır. Qulaq asdığınız pleylist də sizə yolda baş verənlərə fikir verməməyə kömək edəcək. https://open.spotify.com/user/spotifyaustralia/playlist/1UQo7foKwUUMjb9KnaBE3S

Diqqətli olmaq üçün vaxt

Artıq siz ofisdəsiniz və işlərinizə başlamalısınız. Fikirləşirik ki, bir qədər klassik musiqi sizə lazım olan effekti bəxş edə biləcək. https://open.spotify.com/user/carlystec/playlist/5FC046w0MhvAmZPnnexJaG

Böyük Toplantı

İşlərin əksəriyyətini yetirə yetirib böyük təqdimata hazırlaşırsan. Sənə lazım olan əsas düzgün musiqidir ki, sən özünü yaxşı tərəfdən göstərib müştərinin xoşuna gələsən. https://open.spotify.com/user/spotify/playlist/5wiHHPmokzB3xNxsB1Gzs9

Günün ikinci hissəsi

Yeməkdən sonra başlayan təhlükəli saatlara start verilir və sən özünü yuxulu hiss edirsən. Amma etməli olduğun hələ çox iş var. Ona görə də sənə enerji və ikinci nəfəs bəxş edəcək musiqi lazımdır. https://open.spotify.com/user/1231779322/playlist/0Vjhah37el0Aq5yoRaujBz

Yaxşı əhvalda olmaq

Gün, demək olar ki, bitir. Sən bir çox iş görmüsən və özünlə razısan. Yaxşı əhvalı saxlayıb günü bitirmək üçün sənə əla musiqi lazımdır. https://open.spotify.com/user/carlystec/playlist/2MW0CRffl1TptUMYiqSgbH

Biz əminik ki, günün necə keçəcəyindən asılı olmayaraq, bir qədər musiqi sənə pozitiv, diqqətli və sakit olmağa kömək edəcək – əlbəttə ki, Tranquini ilə birlikdə.

Qışın sonunu Holi ilə qeyd edirik

QIŞIN SONUNU HOLİ İLƏ QEYD EDİRİK

Yanvar və Fevral ayları bir çoxları üçün çətin aydır. Qışın bizə təqdim etdiyi “50 çalar daha tünd” filmində də cazibədar bir şey yoxdur. Tutqun günlərdə biz günəşli bir havanı arzulayırıq. Hətta arzularımız belə bizə ağ-qara rənglərdə görsənir. Ona görə də yaz mövsümü başlayanda, biz özümüzü gümrah hiss edirik. Günəş görünür, güllər açılır və əhvalımız yüksəlir. Rənglər bizi həyata qaytarır.

Ona görə də hindlilər tərəfindən qeyd olunan Holi bayramında yazı qarşılamaq daha maraqlı gəlir! Bu festival baharın gəlişini, xeyrin şərə qalib gəlməsini qeyd edir.

Tranquini də, öz növbəsində, sizə bu üslubda olan digər 5 bayramı təqdim etmək istəyir. 

Holi Festivalı – Hindistan və Nepal

Adətə görə, bu bayram şimali Hindistan və Nepalda qeyd olunur. Festival zamanı insanlar rəqs edib oxuyur, bir-birini rəngbərəng boyalarla bəzəyirlər. Nəticədə, hamı xoşbəxt və sevinclidir.

Songkran Festivalı – Tailand

Tailanda da yaz mövsümün gəlişi həmçinin Yeni ilin gəlişi kimi qeyd olunur. Bu bayramda su rəmzi böyük bir rol oynayır. Yuyunmaqla insanlar sanki pis bəxtdən azad olunurlar. Daha gənc nəsil küçələrdə əsl su döyüşləri təşkil edir.

Colour Run – London, İngiltərə

Holi festivaldan ilhamlanan iştirakçılar 5 km-lıq məsafəni ağ libas geyinib keçirlər. Bu yol zamanı da onlar ətrafı və digər iştirakçıları rəngli boyalarla bəzəyirlər. Bu qaçışlar həm də Avstraliya, Cənubi Afrika və Kanada da yer alırlar. Əgər bu festivalı bəyəndinsə, onda sadəcə idman ayaqqabılarını gein və əylənməyə başla.

La Tomatina – Bunol, İspaniya

İspaniyanın Bunol şəhərində isə pomidor döyüşləri baş tutur. Bir saat çəkən döyüşlərdən sonra küçələrə atılan pomidorlara görə qırmızı rəngə boyanırlar. Məşhur festival bütün İspaniyada təşkil olunur.

Odur ki, yaz mövsümünə hazırlaş və onun gəlişini Tranquini ilə qeyd et.

Yaz mövsümünə hazır ol

YAZ MÖVSÜMÜNƏ HAZIR OL

Bəli, bəli! Yaz mövsümünə artıq çatmışıq. Yataqdan çıxıb təzə qəhvə hazırlamaq, sonra havaya çıxıb güllərin qoxusunu hiss etməyin vaxtıdır. Bu gün sənindir və sən onu istədiyin kimi yaşamalısan.

Əlbəttə ki, reallıq bir qədər başqadır. Saatın səsinə oyanıb, sən elektron ünvanını yoxlayıb müdirin sənə bir həftə əvvəl verdiyi tapşırığın hələ də yerinə yetirmədiyini görməlisən. Səndə 36 whatsapp məktubu, 4 Facebook bildirişi, 3 oxunmayan qaynar xəbərin var. Sən yataqdan durub Lego hissəciyin üstünə dayanırsan. Ağrıdan axsıya-axsıya sən masaya yaxınlaşırsan.

Yaz mövsümü bir çoxları üçün yeni vərəqdən başlamaq üçün yaxşı imkandır. Tranquini də sənə 5 faydalı məsləhəti verməyə hazırdır.

Evdən başla

Evdə hər şey üst-üstə yığılanda ev enerjimizi almağa başlayır. Biz gərgin oluruq və aydın fikirləşə bilmirik. Yataq otağını təmizlə ki, yaxşı yuxu ala biləsən. Sonra mətbəxi təmizlə, qabları yu, paltarları paltaryuyan maşında yumağa başla. Təmiz evlə fikirlər yenilənir.

Onlayn həyatını qısalt

Müasir həyatda biz 24/7 onlayn olub həyatımızı kompyuter və telefonlara bağlayırıq. Beləliklə, biz özümüzü stress aləminə salırıq. Beyinlərimiz lazımsız informasiya ilə atəşə salınır və kreativ düşüncəmız sıfıra bərabərləşir. Özünə söz ver ki, hər gün iki saat vaxt ayırıb dincələcəksən və özünü rahat hiss edəcəksən.

Gəzintiyə çıx

Yaz artıq havada hiss olunur. Gəzintiyə çıx. Aktiv ol. Qaçışla məşğul ol və ya çoxdan görmədiyin dostunla görüş. Yoga məşğələsinə get. Təmiz hava qəbul et. Bütün bunlardan sonra sən özünü gümrah və rahat hiss edəcəksən.

Odur ki, sən nəyi gözləyirsən? Yaz mövsümünə start ver, Tranquini-nı əlinə al və bizim məsləhətlərimizi yerinə yetir. Tezliklə özünü pozitiv və rahat hiss edəcəksən.