Mənimlə Gəzintiyə Çıx

MƏNİMLƏ GƏZİNTİYƏ ÇIX

İşçilərin diqqətini iş məsələlərində saxlamaq üçün əlindən gələni artıq etmisən – interaktiv rəngli çarxlar, Toni Robinsın motivasiyalı videolar və. Nə etsən də, onların diqqətini bir yerə cəmləyə bilmirsən. Sonda da onları ya telefonda, ya da müxtəlif gülməli memları izləyərkən tapa bilərsən. Sözsüz ki, maraqlı pişik memləri işin özündən daha maraqlı görsənə bilər, Lakin bu problemin tək bir yolu var. İşçilərini gəzintiyə apar. Onları gəzintiyə çıxarıb onlarla söhbət et.

Araşdırmalar göstərir ki, məhz belə bir gəzintilər işçilər üçün əsl köməkçi vasitədir. Gəzinti zamanı ürək döyüntüsü normallaşır, oksigen çatışmazlığı aradan qalxır, yaddaşımız da normallaşmağa başlayır.

Bunu təkcə işçilərin üçün deyil, özün üçün də et. Orta hesabla insanların əksəriyyəti 9 saatdan çoxunu kompyuter qabağında keçirir. TED spikeri Nilofer Merçantın dediyi kimi, “ofisdə vaxt keçirmə yeni siqaret çəkmə növüdür”. Bu tamamilə düzgün bir ifadədir və təəsüflər ki, çoxlu xəstəliklərə səbəb ola bilər.

Stiv Cobs yüksək iş ağırlığına baxmayaraq həmkarları ilə gəzinti zamanı vacib məsələləri müzakirə edib, Eynşteyn isə hər hansı bir çətin sualı düşünərkən çimərliyə çıxırdı.

Odur ki, sən nəyi gözləyirsən? Gəzintiyə çıx, özünlə Tranquini götür və işçilərinlə rahat vaxt keçirt.

Texnoloqiyalarla Stressdən azad olmaq

TEXNOLOQİYALARLA STRESSDƏN AZAD OLMAQ

Nə vaxtsa ailə üzvlərin “texniki problemləri” yaşayıbmı? Məsələn, baba təsadüfən kiməsə şəkil göndərib? Ya da anan Facebook-da doğma dili çin dilinə dəyişdirib? Ya da atan hər hansı texniki problemlə üzləşibmi? Texnoloqiyalar hər nəsil nümayəndəsi üçün stress mənbəsi ola bilər, yəni təkcə valideynlər üçün deyil – adi Skype zəngində belə problem yarana bilər.

Texnoloqiyalar həyatımızı nə qədər asanlaşdırsa da, bir o qədər də çətinləşdirə bilər.

Nə yaxşı ki, bəzi proqram əlavələri bizə stressdən azad olmağa komək edə bilər. Tranquini ilə birlikdə bu beş proqram əsl istirahət mənbəyidir. 

Headspace

8,5 milyon istifadəçi ilə birlikdə, məsələn, Emma Uotson, Riçard Brenson kimi, istifadəçilərlə, Headspace ən qeyri-stress proqram əlavələrindən biridir. Bu proqramla gün ərzində 10-15 dəqiqə keçirsəniz, siz öz daxili sülhünüzü tapacaqsınız.

Breathe2Relax

Breathe2relax proqramı düzgün nəfəs almağı öyrədir. Meditasiyada vacib rol oynayan düzgün nəfəs prosesi stressi aradan götürür və sakitləşdirir.

White Noise

Ətrafında olan bütün səslər səni yorur? Onda bu proqram ilə səslər artıq səni yormayacaq. Əksinə, sənin üçün artıq müalicəvi, sakitləşdirici təsir göstərəcək. Bu proqramdan işində və ya yataq otağında istifadə et və sakitləş.

Pause

Qədim Tay Çi prinsiplərindən ilhamlanan bu proqram sözün əsl mənasında sakitliyi barmaqlarda bəxş edir. Bu proqramla artıq bir neçə dəqiqədə sakitləşə biləcəksən. Əvvəlcədən xəbərdar edirik, bu proqram tezliklə sevilən proqramların arasında olacaq.

Sleep Cycle

Qədim Tay Çi prinsiplərindən ilhamlanan bu proqram sözün əsl mənasında sakitliyi barmaqlarda bəxş edir. Bu proqramla artıq bir neçə dəqiqədə sakitləşə biləcəksən. Əvvəlcədən xəbərdar edirik, bu proqram tezliklə sevilən proqramların arasında olacaq. est.

Odur ki, bu proqramlar vasitəsilə sən sakitlik tapa bilərsən, ya da ən yaxşısı, smartfonu cibinə qoy, Tranquini-nı götür və sakitləş.