SAKİT OL

SAKİT OL

Günü-gündən dəyişən dünyada sakit qalmaq o qədər də asan iş deyil. Sən işin, ailən, dostların, hətta dostlarının dostlarına görə aktiv qalmalısan və elektron poçt, sosial meadia və qrup çatlarında (məcbur şəkildə qoşulduqlarına da) 24 saat onlayn qalmalısan. Bundan əlavə, mağazalarda alış-veriş etmək, salona getmək, həkimi ziyarət etmək və s. kimi işlər səni gözləyir. Bir boş dəqiqən belə yoxdur, amma yenə də sakitliyi hiss etmək ehtiyacını mütləq ödəməlisən.

“Həftə ərzində 4 saatlıq iş” kitabın müəllifi Tim Ferris minlərlə müxtəlif sahələrdə çalışan adamlardan müsahibə alıb. “Fikir verdim ki, müsahibə aldığım 80% şəxs gün ərzində meditasiya ilə məşğul olmağa vaxt tapır”. Ferrisin fikrincə, yoqa bu prosesin vacib hissələrindən biridir.

Məhz bu səbəbdən biz sizə öz uğur açarını yoqada tapan 5 məşhur insan barədə danışmaq istərdik.

Beyons – Musiqiçi

Əgər Beyons kimi “dünyanı idarə etmək istəyirsənsə”, onda Beyons kimi hərəkət et. Pop müğənni hər gün yoqa ilə məşğul olmağa vaxt tapır. Onun sözlərinə görə, “yoqa stressə qalib gəlmək üçün ən böyük köməkçidir”. Əgər yenə də bir sübut axtarırsansa, onda sən sadəcə çıxışlarından birinə fikir ver.

Riçard Brenson – Biznesmen və Filantrop

Təəcüblü bir şey yoxdur ki, Virgin şirkətinin rəhbəri aktiv olmağı özü üçün uğur açarı kimi müəyyən edib. Brenson öz bloqunda yazmışdır: “Yoqa həm aktiv olmağa, həm də dincəlməyə kömək edir”. Brenson hətta “uçuş vaxtı yoqa” ideyasının müəllifidir.

Ellen Deceneres – “Talk Show” verilişinin aparıcısı

“Talk Show” verilişinin kraliçası Ellen Deceneres meditasiya və yoqaya vaxt tapıb düzgün qidalanma ilə (Ellen veqandır) sağlam həyat tərzi saxlayır. Televiziyanın ən maraqlı aparıcısı gün ərzində 60-90 dəqiqə yoqa ilə məşğul olur. Tam rahatlıq tapandan sonra o, əsas işinə başlayır – insanları güldürmək işinə.

Jizel Bundxen – Model

Jizel Bundxen dünyanın ən məşhur modellərindən biridir. Bu nəticəyə o, gərgin iş həyatından gələ bilməzdi. Hər gün ən azı bir saat Jizel Anusara yoqa ilə məşğul olur. Bu onun sevimli yoqa növüdür.

Devid və Viktoriya Bekhem – Futbolçu və Dizayner olan Pop ulduz

Bu cütlük yoqa ilə birlikdə məşğul olur. Hər həftə yoqa ilə eyni zamanda birlikdə məşğul olmağa çalışırlar. Onların sözlərinə görə, belə yoqa məşğələləri zamanı onlar bir yerdə nəfəs alıb, bir anda hərəkət etməklə bir-birilərinə daha da yaxın olurlar. Artıq bir ildən çoxdur ki, belə bir yoqa növü ilə məşğuldurlar.

Odur ki, əgər Bekhemlər kimi olmaq istəyirsənsə və ya gün ərzində özünə bir az boş vaxt ayırmağı arzulayırsansa, onda həftə ərzində yoqanı günün vacib hissəsinə çevir və Tranquini-nı sakitliyin əsas hissəsi et. 

Sakitliyin Portreti: Sərbəst Dayvinq aləmi

SAKİTLİYİN PORTRETİ: SƏRBƏST DAYVİNQ ALƏMİ

Dəniz səviyyəsindən 100 metr aşağıda artıq tamamilə qaranlıqdır. Bədəninə 13 dəfə çox təzyiq olur. Çox soyuqdur, dəniz səviyyəsindən aşağı enməklə havan çatmamağa başlayır. Ağ ciyərlərdə hava daralır və hər saniyə ilə üzmək sənə daha da çətin gəlir. Pis yuxu kimi görsənir, düzdür? Lakin məşhur sərbəst dayveri Gilyermo Neri üçün bu belə görsənmir.

Dəniz səthində sizin təbii instiktiniz – mübarizə etməkdir, lakin Neri belə şəraitdə olarkən özünü tam başqa cür aparır. Siz özünüzü sakit və rahat hiss etməlisiniz.

Adrenalinin yüksək səviyyəsini tələb edən bir çox ekstremal idman növlərindən fərqli olaraq, sərbəst dayvinq bədənin və ruhunun tam sakit olmasını tələb edir. Neri deyir, “Sən özünə deməlisən ki, təbiət səndən güclüdür. Ona görə də suya qalib gəlməyə imkan verməlisən. Mən təzyiqi qəbul edirəm və sakitləşirəm”.

Neri həmçinin qeyd edir ki, pozitiv qalmaq və “bəlkə” suallarından xilas olmaq çox vacibdir. Yalnız indiki zamanda fikri cəmləyib yaranan şəraiti kontrol etmək lazımdır. “Heç vaxt okean səthinə baxma, nə gözlərinlə, nə ağlınla”, Neri deyir.

Sərbəst dayvinq həm də düzgün nəfəs almanın nə qədər vacib olduğunu göstərir. Düzgün nəfəs almada fikrimizi cəmləməklə sərbəst dayver özünü daha əmin və sakit hiss edir. 

Belə bir qaydalarla Neri və başqa sərbəst dayverlərin həkimlərin fikrincə mümkün olmayan dərinliklərə çata bilirlər. İdman ağlın gücünü bir daha sübut edir.

Odur ki, gələn dəfə böyük təqdimatdan əvvəl və ya imtahana yollanarkən, və ya tıxacda qalarkən təşvişə düşəndə, sakitləş,Tranquini iç və özünün necə güclü ola biləcəyindən zövq alacaqsan.