Notice: wpdb::prepare xətalı çağırıldı. The query does not contain the correct number of placeholders (2) for the number of arguments passed (3). Daha çox məlumat üçün lütfən WordPress xəta sazlanması ünvanına baxın. (Bu mesaj 4.8.3 versiyasında əlavə edildi.) in /home/capemorris/websites/tranquini_dev/wp-includes/functions.php on line 4192
. Uğurlu insanların beş vərdişi – TranQuini

Uğurlu insanların beş vərdişi

UĞURLU İNSANLARIN BEŞ VƏRDİŞİ

Müəllif Conatan Franzen “Düzəlişlər” əsərini qulaqcıqlarda və gözü bağlı yazmışdı ki, heç nə və heç kim onun diqqətini pozmasın. Britaniyalı rəssam Frensis Beykon içkili vəziyyətdə yazırdı, çünki onun sözlərinə görə, içkili olarkən o, daha enerjili olurdu və işləməyə həvəsi yaranırdı. Bencamin Franklin isə evdəki bütün qapı-pəncərələri açıb “hava vannaları” qəbul edirdi.

Bir çox uğur qazanan insan iş vaxtı şəxsi vərdişlərə sahibdirlər. Ən əsas tərəf də odur ki, həmin insanlar uğurlu qalmaq üçün şəxsi münasibətlər, şəxsi vaxt və yuxu ilə vidalaşmalı olurdular.

Tranquini sağlam, balanslaşdırılmış həyat tərzinə inanır və beş uğur qazanan insanla sizi tanış etmək istəyir.

Oxuyun və həvəslənin.

Həmişə optimist ol – Elon Mask – Tesla

Tesla firmasının, SPACE X rəhbəri və PayPal-ın əsasını qoyan Elon Mask karyera boyunca müxtəlif müsbət və mənfi fikirlə rastlaşıb. Bir çoxları ona “elektrik enerjidə işləyən maşının işləyəcəyi mümkün deyil” deyirdi. Lakin Mask öz işinə davam edirdi – o, qətiyyətli optimist idi. O, mümkün olmayanı mümkün etməyə hazır idi. “Əgər səhər oyanıb gələcəyinin daha yaxşı olacağına ümidlisənsə, onda həmin gün əla gündür. Əks halda, xeyr”.

Riskli ol – Beyons Knouls – Musiqiçi

Beyons həyatı boyu ona verilən hər bir şansdan istifadə edib, hətta ən riski şans olsa belə. “Mən heç vaxt sakitləşməyəcəm. Hər zaman çalışıram və əlimdən gələni edirəm. Bir zirvəyə qalxdıqca yeni zirvəni axtarıram. Beləliklə, mən indi olduğum yerə çatmışam”. Digər insanların qorxduğu anlarda uğurlu insanlar risk etməyi xoşlayır. Hətta ilk anda uğur qazanmasalar belə, onlar səhvlərin üstündə öyrənib yeni yol axtarmağa başlayırlar.

Oxu, oxu, oxu –Mark Zukerberq

2015-ci ildə, Facebook-un təsisçisi, Mark Zukerberq hər iki həftə yeni kitaba başlayırdı. Bil Geyts hər həftə yeni kitaba başlayır, amerikalı biznesmen Varren Buffet isə günün 80%-ni oxumağa sərf edir. Uğur qazanan insanlar oxumağı çox sevirlər və daha çox elmi, tədris kitablarına meyl göstərirlər.

Aktiv qal – Barak Obama

Barak Obama həftədə 6 dəfə, gündə 45 dəqiqə kardio idmanla məşğul olur. O, həmçinin bəzən Vaşinqtonda olarkən basketbol ilə də məşğul olur. Redaktor Anna Vintur hər gün işdən əvvəl bir saat tennislə məşğul olur. Riçard Brenson serfinq, Cennifer Eniston isə yoqa ilə hər səhər məşğul olur. Uğur qazanan insanlar başa düşürlər ki, aktiv qalmaqla onlar daha da güclü olurlar.

Praktika hər şeydən öndə – Opra Vinfrey – Talk Show aparıcısı

Opra Vinfrey gündə 20 dəqiqə meditasiya ilə məşğul olur. “Hər gün belə bir praktika ilə mən özümü daha yaxşı başa düşürəm. Çünki həmin anda mən 1,000% daha yaxşı oluram”. Araşdırmalar göstərir ki, meditasiya stressə qalib gəlir və iş məhsuldarlığını artırır. Bunu Ceff Veyner (Linkedin təsisçisi), Rasel Simons (Def Jam Records təsisçisi) və Leydi Gaga sınaqdan keçirir.

Odur ki, bu insanlar barədə oxu, həvəslən və sağlam, balanslaşdırılmış həyat tərzi ilə tanış ol. Gündəlik vərdişlərə də Tranquini-nı əlavə etməyi unutma.


Notice: Use of undefined constant ICL_LANGUAGE_CODE - assumed 'ICL_LANGUAGE_CODE' in /home/capemorris/websites/tranquini_dev/wp-content/themes/twentyseventeen/blog_post.php on line 178
You may also like...

Notice: Use of undefined constant ICL_LANGUAGE_CODE - assumed 'ICL_LANGUAGE_CODE' in /home/capemorris/websites/tranquini_dev/wp-content/themes/twentyseventeen/footer.php on line 164

Notice: Use of undefined constant ICL_LANGUAGE_CODE - assumed 'ICL_LANGUAGE_CODE' in /home/capemorris/websites/tranquini_dev/wp-content/themes/twentyseventeen/footer.php on line 176