Yaşıllıq

YAŞILLIQ

Sizin ofisiniz tropik oazis kimi görünə bilərdi. Klaviş səsləri isə yağış səsini xatırlada bilərdi. Su kulleri şəlaləni, ofis telefonun zəng səsləri isə nadir quşun səsinə oxşaya bilərdi. Biz axı indi kimi aldadırıq? NASA-ya Marsda həyatı tapmaq daha asan iş olardı.

Lakin gündəlik həyatımıza təbiəti gətirmək üçün üsullar mövcuddur. Birinci üsul – ofisdən çıxıb binanı tərk etmək, əşyalarımızı toplayıb naməlum adaya istiqamətlənmək. Amma, təəsüflər, bu qeyri-praktik bir üsuldur.

İkinci və daha asan üsul – ofisi yaşıllaşdırmaqdır. Exeter Universitetində aparılan araşdırmalara görə, ofislərində bitkilərİ saxlayan işçilər 15% daha böyük iş məhsuldarlığına sahibdirlər. Araşdırmalar həmçinin göstərir ki, maraqlı və “yaşıl” ofislər insanları işləməyə daha çox həvəsləndirir.

Tranquini, öz növbəsində, “Stresslə mübarizə” ayında sizə kömək etməyə və yaşıllaşdırılmış ofisin ruhunuza necə böyük kömək etdiyini göstərməyə hazırdır. 

Ofis bitkiləri sizə iş məhsuldarlığı bəxş edir

Bitkilərin mövcudluğu sizə diqqəti və zehni aydınlığı bəxş etməyə qadirdir. Daha az səhvlər və daha tez işlər qurulur. Bu, yüksək səviyyədə oksigenin artırılması və karbon oksigen səviyyəsinin azalması ilə bağlıdır.

Bitkilər Sağlamlıq üçün faydalıdır

Artıq çoxdan sübut olunub ki, ofisinizdə bitkilər mövcud olsa, siz daha nadir hallarda xəstələnəcəksiniz. Bu, həmçinin, hava keyfiyyətinə öz təsirini göstərir. Boyalar, mebel, plastik ətrafımızda olan toksinlərin sayını daha da artırır. Odur ki, həmkardan xəstələndirməyi istəmirsinizsə, onda ofisinizi yaşıllaşdırmağa başlayın.

Təbiət rəngləri sizin əhvalınızı yaxşılaşdırır

Yaşıl və göy rəngləri sizin diqqətinizi daha tez şəkildə cəmləşdirməyə və özünüzü yaxşı hiss etməyə kömək edəcək. Sözsüz ki, masanızı və ətrafınızı bu rənglərə boyaya bilməzsiniz, lakin masanızı lazım olan bitkilərlə bəzəyə bilərsiniz. Suvenirlər, şəkillər və şəxsi əşyalar da xoşbəxtlik hissini artırır. Odur ki nəyi gözləyirsiniz? Masanı şəxsi aləminə çevirt.

Ofis bitkiləri səs-küyü azaldır

Müasir günlərdə səs-küy diqqətimizi cəmləndirməyə imkan vermir. Lakin çoxdan sübut olunub ki, bitkilər səs-küyün gücünü azaldır, və beləliklə, bizə kömək edə bilər. Ofisə bitki gətir və Bruno Marsın mahnısını qulaqcıqlarda tez-tez qoşmaq lazım olmayacaq.

Hansı bitkilər alınmalıdır?

Çünki hər bitki ofisə yaraşmaz, odur ki, düzgün seçim etmək lazımdır. Məsələn, elə bitki var ki, çox işığa ehtiyacı yoxdur. Məsələn lemon məlhəmi bitkisi çox işıqlandırılmayan məkanda da yaşaya bilər. Kaktustlar da çox tələbli deyil.

Odur ki, tropik cənnətə yollanmağa vaxtınız və imkanınız yoxdursa, bu məqaləni müdirinizə, həmkar və dostlarınıza göstərin və bitki alışına başlayın. Tezliklə sən yaşıl oazisin ətrafında Tranquni içib Larri kimi xoşbəxt olacaqsan. 

İş vaxtı üçün musiqi pleylisti

İŞ VAXTI ÜÇÜN MUSİQİ PLEYLİSTİ

Böyük iş məkanları məxfilik və ya diqqəti cəmləşdirmək üçün imkan vermir. Daha çox diqqətiniz ofislə baş verən hadisələrlə üst-üstə düşməlidir. Əksər hallarda səs-küyü saxlamağın yeganə yolu qulaqcıqları taxıb düzgün mahnını seçməkdir.

Araşdırmalar göstərir ki, musiqi həm əhvalı qaldırır, həm iş məhsuldarlığını artırır. Bəs nəyə qulaq asmaq və nə vaxt? Klassik musiqi dinləyicilərin intellektini artırır – bunun adı Mosart effektidir. Bu effektlə diqqət və iş üçün həvəs artırılır. Bəzən də balinaların səsinə dinləmə Mick və Stones qrupunun bəxş etdiyi effektlə müqayisə edilə bilməz.

Biz, Tranquini-də, anlayırıq ki, fərqli musiqi fərqli əhvallara sahibdir və günün müxtəlif saatlarında dinlənilir. Ona görə də biz sizə bir neçə musiqi kompoziyası təklif edirik ki, siz gün ərzində onlara qulaq asa biləsiniz. Musiqidə olan istəklərinizdən asılı olmayaraq, siz burada sizə lazım olanı tapa biləcəksiniz.

Günün başlanğıcı

İş həftəsi ofisdə başlamır. O, yolda başlayır. Qulaq asdığınız pleylist də sizə yolda baş verənlərə fikir verməməyə kömək edəcək. https://open.spotify.com/user/spotifyaustralia/playlist/1UQo7foKwUUMjb9KnaBE3S

Diqqətli olmaq üçün vaxt

Artıq siz ofisdəsiniz və işlərinizə başlamalısınız. Fikirləşirik ki, bir qədər klassik musiqi sizə lazım olan effekti bəxş edə biləcək. https://open.spotify.com/user/carlystec/playlist/5FC046w0MhvAmZPnnexJaG

Böyük Toplantı

İşlərin əksəriyyətini yetirə yetirib böyük təqdimata hazırlaşırsan. Sənə lazım olan əsas düzgün musiqidir ki, sən özünü yaxşı tərəfdən göstərib müştərinin xoşuna gələsən. https://open.spotify.com/user/spotify/playlist/5wiHHPmokzB3xNxsB1Gzs9

Günün ikinci hissəsi

Yeməkdən sonra başlayan təhlükəli saatlara start verilir və sən özünü yuxulu hiss edirsən. Amma etməli olduğun hələ çox iş var. Ona görə də sənə enerji və ikinci nəfəs bəxş edəcək musiqi lazımdır. https://open.spotify.com/user/1231779322/playlist/0Vjhah37el0Aq5yoRaujBz

Yaxşı əhvalda olmaq

Gün, demək olar ki, bitir. Sən bir çox iş görmüsən və özünlə razısan. Yaxşı əhvalı saxlayıb günü bitirmək üçün sənə əla musiqi lazımdır. https://open.spotify.com/user/carlystec/playlist/2MW0CRffl1TptUMYiqSgbH

Biz əminik ki, günün necə keçəcəyindən asılı olmayaraq, bir qədər musiqi sənə pozitiv, diqqətli və sakit olmağa kömək edəcək – əlbəttə ki, Tranquini ilə birlikdə.

Enjoy the show with Tranquini Positively Relaxed in Spain!

Tranquini collaborated with the top TV shows in Spain, like “Tu Cara Me Suena”, “Boom” and “Ahora Caigo” on Antena 3 TV channel. We had an exciting opportunity to bring positive relaxation experience to the audiences, participants and TV staff during live auditions of the popular Spanish TV shows. Tranquini was really appreciated and was helping people to relax and fully enjoy the moment, enhancing positive mood during the shows. Continue reading “Enjoy the show with Tranquini Positively Relaxed in Spain!”