Öz ruhunu dinləmək

Öz ruhunu dinləmək

2003-cü ildə 13 yaşında olan Betani dostu ilə Havai adalarında serfinq ilə məşğul olurdu ki, birdə 14 metrlik böyük bir akula onlara çatıb qızın əlini çiyinə kimi udmuşdur.

Taleyin xoşbəxt dönüşü o, oldu ki, Betani atasının əməliyyat olunduğu yaxınlıqdakı xəstəxanaya yerləşdirilmişdir və atasının əvəzində əməliyyat masasında qız öz yerini tutdu. Betani qanın 60%-dən çoxunu itirmişdi və hipovolemik şokda idi. O, hətta ağrını belə hiss etmirdi, sanki yuxuda idi və sadəcə nəfəs almağa çalışırdı.

O, xəstəxanadan bir həftə sonra çıxdı və özünü artıq bir əl ilə olduğuna hiss etməyə çalışmağa başladı.

İlk baxışdan fikirləşmək olardı ki, Betani artıq heç vaxt sahilə belə gəlməyəcək. Lakin gənc qız hamını təəcübləndirdi; Betani hadisədən bir ay sonra yenidən serfinqa qayıtdı..

Gələn aylarda isə o, xüsusi terapiyanın müalicəsini aldı. Bütün bu ağır yolda Betani artıq “Mənə asanı lazım deyil. Mənə mümkün olanı lazımdır” deməyə özündə güc tapdı.

Amma o təkcə serfinqla deyil, Betani peşəkar serfinqçi olmaq istəyirdi; və o, bu məqsədinə çata bildi.

Betaninın sözlərinə görə, o, serfinqla məşğul olmaqla gənc qızlara nümunə olmağa çalışır. “Mən bilirəm ki, gənc qızlara nümunə olmaq üçün unikal bir vəziyyətdəyəm”.

Onun möhtəşəm hekayəsi 2011-ci ildə Hollivudu həvəsləndirdi və sonda ekranlara “Serf qız” adlı film əmələ gətirdi. Baş rolda Helen Xant və Dennis Quayd oynayırlar.

Öz imkanlarınız və arzularınız barədə fikirləşəndə, yadınıza Betaninın hekayəsi gəlsin. Bəzən rahat və pozitiv olanda, bütün arzular həyata keçirilə bilər.

Bayramlardan sonra özünə gəlməyin 5 üsulu

Bayramlardan sonra özünə gəlməyin 5 üsulu

Bayram mövsümü sona çatıb və sən haı-hazırda özünü rəqs gecəsindən sonra olan Zoluşka kimi hiss edib “Mənə böyük dəyişikliklər lazımdır” deyə fikirləşirsən. Əlbəttə ki, belə fikirlər yemək, içmək və sonsuz söhbətlər ayından sonra normaldır. Təəsüflər ki, biz özümüzü qeyri-adi məqsədlər verməklə həyatımızı daha da çətinləşdiririk. Lakin tədqiqatlar göstərir ki, insanların yalnız kiçik bir hissəsi düzgün qaydada özünü aparır.

Lakin burada biz sənə bayramlardan sonra tez bərpa olmağa kömək edəcəyik.

Qaçışla məşğul olun

Məşhur deyimdə olduğu kimi, indiki vaxt məhz lazım olan bir zamandır. Planlar qurmaq lazım deyil. Sadəcə uyğun olaraq geyin, həmişə getmək istədiyin yoga təliminə yazıl və ya sadəcə itini gəzməyə apar. Yeni ilə aktiv başlamaqla sən düzgün seçim edirsən və ən azı itin səni buna görə daha çox sevəcək.

Yavaş başlayın

Bəzən hansısa işə cəld başlamaq lazımdır, bəzən də tələsməmək qərarını vermək vacib olur. Lazım olandan daha çox özümüzə əziyyət verəndə, ruhumuz və bədənimiz tez yorulacaq. Ona görə də yadında saxla ki, Roma bir gündə tikilməyib.

Ölçülə bilən nəticələr baxımından düşünün

Özünüzə məqsəd qoyulduqda, bunun idman və ya pəhriz olmağı fərq deyil, çalış ki, hər şeyi öz həddində edəsən. Əgər məqsədin – çəki itirməkdirsə, onda özünə xüsusi rejim hazır. Beləliklə, sən hər gün inkişaf hiss edə biləcəksən.

Sosial olun

Bayramların sonu demək deyil ki, indi sən yalnız işləyəcəksən. Sosial olmaqla sən həm sağlamlığın, həm də xoşbəxtliyin üçün düzgün seçim edirsən. Aktiv həyat tərzinin yalnız müsbət tərəfləri ola bilər; aktiv dostlara sahib olmaqla sən özünü yaxşı məqsədlərə ilhamlandıra bilərsən.

Məzuniyyəti planlaşdırın

Bayramlar sona çatıb və sən indi yeni başlamış ilə uzun və çətin bir yol kimi baxırsan. Ona görə də sənin indi planlaşdıracağın məzuniyyətlər səni indidən özünü dincəlmiş hiss etməyə kömək edəcək. Məzuniyyət barədə düşündükcə sən işləyib pozitiv qala biləcəksən.

Odur ki, əgər sən ili pozitiv və sağlam başlamaq istəyirsənsə, onda məsləhətlərimizə fikir ver, Tranquini-nı əlinə al və yaxşı şeylər tez zamanda baş verəcək.

Tranquini Positive Relaxation Experience in Saudi Arabia

Saudi Arabia is an important country globally and plays a trend-setting role in the region. Together with our distribution partner in Saudi Arabia, MOHAMMED BAWAZIR FOR TRADING Co.ltd., Tranquini arrived in September 2016, launching the 2 flavors Mixed Berries and Green Tea Twist in most prominent supermarkets throughout Jeddah, Riyadh and Dammam like Al-Danube, Carrefour, Tamimi,  Manuel and Bindawood. Now the flavor range has been extended to include Ginger & Lemongrass and Hops and Malted Barley. Continue reading “Tranquini Positive Relaxation Experience in Saudi Arabia”