Ağıl oyunları

Ağıl oyunları

Dalay Lama

Din məsələlərini diqqətə almasaq, kim deyə bilər ki, Dalay Lamanın burada yeri yoxdur.

Səbr, mərhəmət və insan xeyirxahlığını özündə birləşdirən Dalay Lama, geniş Dünya üçün mənəvi kompas kimi tanınır.

Bəziləri onun siyasəti ilə razılaşmaya bilər, amma ağıllı məramları ilə razılaşmamaq olmaz. Onun deyimlərini hər kəs bilir: “Mümkün olduqca mehriban ol. Axı bu, həmişə mümkündür”.

Nelson Mandela

Nelson Rolihlahla Mandela ya da Madiba, Cənubi Afrika vətənində aparteid sisteminə qarşı olan bir xadim idi.

Madiba kimi sülh bağlamaq ideyası ilə yaşayan ikinci belə bir insan yox idi .

Bərabər hüquqlar uğrunda mübarizə apardığına görə 27 il həbsxanada qalan Madiba Cənubi Afrikanın ilk qaradərili prezidenti olmaq üçün yaranmışdır. Həbsxanadan sonra, sizcə, o fikirlərini dəyişdirdi? Əsla. Madiba rəşadətlə bildirdi: “Azadlıqdan məhrum olsam da, bilirdim ki, mən düz edirəm və bu yol ilə həmişə gedəcəm”.

Mahatma Qandi

Əgər nə vaxtsa dünyada iradə hakimiyyəti ideyasını simvollaşdıran bir adam lazım olsaydı, bu, Hindistanın sevimli oğlu, Mahatma Qandi olardı.

Qandinin öz vicdanı və ruhunu silah kimi yönəldərək Britaniya ilə müharibə aparırdı.

O, öz passiv ideallarına dönməz dayanmışdı və onun ətrafında olan zəhərli dillər onu sarsıda bilməzdi. Baş verənləri belə qiymətləndirmişdir: “Heç kimə öz çirkin ayaqları ilə mənim ağlımı taptalamağa imkan vermərəm”.

Tereza Ana

Con Lennon

Qandi kimi şəxsiyyətlərin olduğu siyahıda Lennonun yer alması, çox güman ki, sizi təəcübləndirdi. Lakin, onlar ruhca daha da oxşardır. The beatles qrupunun solisti sülh, məhəbbət və anlaşma rəmzi kimi tanınıb.

Lennon Vyetnam Müharibəsinə etiraz olaraq həftə ərzində yeni həyat yoldaşı Yoko Ono ilə yataqda qalmışdır. Bu qeyri-zorakı etiraz aksiyası onun hippi hərəkatının bir hissəsi idi. Müharibəyə Deyil, Məhəbbətə Təslim Ol.

One of his most famous quotes sums up his philosophy “If someone thinks that love and peace is a cliché that must have been left behind in the Sixties, that’s his problem. Love and peace are eternal.” Onun ən məşhur fikri ümumilikdə fəlsəfəsinə bir nəticə verir “Əgər kimsə fikirləşirsə ki, məhəbbət və sülh altmışıncı illərdən qalan bir klişedir, onda bu onun problemidir. Məhəbbət və sülh əbədidir”.

ÖLDÜM GÜLMƏKDƏN

ÖLDÜM GÜLMƏKDƏN

Təzəlikcə Facebook-da keçirilən sorğu zaman minlərlə müxtəlif zarafatlar aşkar olundu. Bəzi zarafatalr artış tanış olsa da, bəziləri ilə ilk dəfə tanış olmaq mümkün idi. Ona görə də bütün diqqəti toplayıb oxumağa başlayın.

Rəsmi olmayan dünyanın ən gülməli zarafatları

Qadın uşağı ilə avtobusa minir. Avtobus sürücüsü qadına deyir: “Bu, gördüyüm ən çirkin uşaqdır!”. Qadın əsəbləşsə də, öz yerinə keçir və yanında əyləşən sərnişinə üzünü tutub söyləyir: “Bu sürücü məni indicə söyməyə cürət etdi!”. Kişi də öz növbəsində deyir: “Ürəyindən keçəni gedib ona deməyə haqqın var. Mən isə hələ ki meymunuvu əlində saxlayaram”.

Sizə gülməli gəlsə-gəlməsə də, etiraf etmək lazımdır ki, maraqlı zarafatdır. Həmçinin siz razılaşmalısınız ki, gülmək sizin ruhunuz və bədəniz üçün çox vacibdir.

Ona görə də aşağıda topladığımız beş zarafatla tanış olun və ürəkdən gülün.

İlbizə qarşı olan münasibət

Evdə olan oğlan birdən qapı döyüntüsü səsini eşitdi. O, qapını açır və yerdə duran ilbizi görür. Oğlan ilbizi əlinə alıb onu uzağa atır. Üç il keçəndən sonra qapı yenidən döyülür. Oğlan qapını açır və yerdə həmin ki ilbizi görür. İlbiz deyir: “İndi de görüm, sən niyə məni atdın?”

Dahi və Axmaq

Naməlum adada olan üç dost sehrli çıraq tapırlar. Bu çıraq onların təkcə bir arzusunu həyata keçirdə bilər. İlk iki dost evə qayıtmaq istədiyini söylədilər. Üçüncü dostun arzu isə “Mən tənhayam. İstəyirəm ki, dostlarım geri dönsün”.

Milyonların arasında sən yeganəsən.

Çində bir milyard insan yaşayır. Bir milyard. Bu deməkdir ki, sən milyonlar arasında tək olsan da, sənin kimi olanların sayı minə yaxın ola bilər!

Uşaq bərbərə qarşı

Gənc oğlan bərbərxanaya daxil olur və onu görən bərbər öz müştərisinə deyir: “Bu dünyada olan ən səfeh uşaqdır. İzləyin və özünüz görəcəksiniz”. O, bir əlinə bir dollar, digər əlinə isə 20 qəpik qoyur və uşağa birini seçmək imkanını verir. Uşaq 20 qəpiyi götürüb gedir. “Sizə axı demişdim!”- bərbər deyir.-Bu uşaq heç vaxt ağıllanmayacaq!”. Həmin müştəri bərbərxanadan çıxandan sonra uşağı küçədə əlində dondurma ilə gəzdiyini görür və ona yaxınlaşır. “Oğlan, bəs sən niyə qəpik əvəzinə dollar götürmürsən?”. Oğlan cavab verir: “Çünki mən dollar götürsəm, onda bu oyun da daha olmayacaq”.

Ayı qaçışları

İki turist meşədə gəzərkən ayıya rast gəlirlər. Ayı da onları görüb onlara tərəf yürüməyə başladı. Birinci turist çantasından idman ayaqqabıları çıxardıb cəld geyinməyə başladı. İkinci turist ona təəcüblə baxıb bu ayaqqabıların ona ayıdan qaçmağa kömək edə bilməyəcəyini söylədi. Oğlan isə buna cavab olaraq: “Mən ayıdan qaçmıram, mən səndən qaçmağa tələsirəm” dedi.

Əgər hələ də gülüş üzünüzdə peyda olmayıbsa, onda həkimə gedib gülüş hissinizin olub-olmamasını mütləq yoxlayın!

Gülümsəyin!

Gülümsəyin!

Gündəlik işin yorğunluğundan, şəhər mühitindən bezib istedadlı cütlük – Stevo Dirnberger və Şanel Cartell dünya səyahətinə çıxdılar. Səyahətə başlamaqla, onlar həm də maraqlı bir hobbiyə start verdilər – gülümsəyən heyvanların şəkillərini çəkməklə!

Hər Ətrafımızda Əyləncə

Cartell və Dirnberger şəkilləri belə izah edir: “Biz həmişə heyvan portreti haqqında çox oxumuşuq. Yaxşı şəkil üçün çox əziyyət çəkməli olsaq da, nəticə buna dəyər”.

Onların səyahəti sosial dünyada böyük diqqət çəksə də, cütlüyün sözlərinə görə, onlar bu işi sadəcə hobbi kimi qəbul edirlər.

“Biz Avstriyada dağüstü inək və alpaqa, Avstraliyada İsveç, lemurları, xərçəngləri, dovşanları və donuzları çəkmişik. Həmçinin olduğumuz hər bir ölkədə pişik və itləri də unutmadıq”,- onlar əlavə etdilər.

Biz heç təəccüblənmirik ki, onların səyahəti niyə belə bir maraq doğura bildi; Dünyanı sevdiyin adamla gəzmək və həmçinin sevdiyin işlə məşğul olmaq çox dəyərlidir..

Siz onları www.howfarfromhome.com saytında və ya howfarfromhome İnstagram səhifəsində izləyə bilərsiniz.

Mərkəzi İsveç, Göl Bölgəsi
Yohannesburq, Cənubi Afrika
Zalsburq Zooparkı, Zalsburq, Avstriya
Seekirchen bölgəsi, Avstriya
Zalsburq Zooparkı, Zalsburq, Avstriya
Haski, Avstriya

Sadəcə

SADƏCƏ “HƏ” DE

Pozitivliyi Özündə Kəşf Et

İnsanlar çox ehtiyatlı olmağa başlayıblar. Təhlükəsiz istiqamətdə belə səhv etmək istəyirik və buna görə də sonra tez-tez gözlənilməz qorxu ilə üz-üzə gəlirik. Amma, əgər siz verilən şanslardan istifadə etməsəniz, əgər heç vaxt əminliklə “Hə” deyə bilməsəniz, onda siz asanlıqla həyatınızın ən böyük dəqiqələrini əldən verə biləcəksiniz.

Gördüyünüz kimi, “Hə” sözündə balaca sehr var. Bu sözü deməklə özünüzü daha əmin hiss edəcəksiniz. Hər dəfə isə yeni bir şeyi sınamaq maraqlı və dəyərlidir.

“Yox” sözünü lügətinizdən çıxarmaqla, siz həyatınıza yeni imkanlar və maraqlı hadisələr buraxırsınız.

Əgər hələ də əmin deyilsinizsə, burada “Hə” deməyin beş əlavə səbəbləri var:

“Hə” demək əyləncəlidir:

Biz “Yox” deyəndə, həyatımızı daha əyləncəli edə biləcək imkanlardan imtina edirik.

“Hə” deməklə sizə güvənən insanlara əminlik verirsiniz:

Əgər “Hə” deməyi bacarırsansa, deməli, artıq kimsə sənə mütləq güvənir. Kiminsə sənə inanmağını özünə bir tərif kimi götür və çalış ki, bu insan hər zaman sənə inansın.

“Hə” sözü bütün qapıları açır:

“Hə” deməklə sən gələcəkdə nələr baş verəcəyinə hazır olduğunu göstərirsən. “Yox” deməklə isə hər şeyə son qoyursan.

“Hə” sözü pozitivliyə səbəb olur:

“Hə” sözü böyük qüvvəyə sahibdir” Sanki “Salam, dünya. Mən hər şeyi bacaracam” deyirsiniz. Bu sözlə biz daha çox yaşayırıq, yaradırıq, işləyirik.

Həyat qısadır. “Hə” deməklə, sən həyatını uzadırsan

Stiv Cobs demişdi, “Tezliklə öləcəyimi bilməklə, həyatın mənə verdiyi bütün böyük şanslardan istifadə etməyə çalışırdım”. Ona görə də, “Hə” sözü həmişə ağlımda idi.

Ona görə də, gələn dəfə “Hə” ilə “Yox” arasında olanda, həmişə pozitiv cavabı seç – kim bilir, bu söz səni hansı maraqlı yeniliklərə gətirə bilər? 

Interview With Chief Relaxation Officer And Founder of Tranquini, Ahmed Elafifi In Ecozine From Hong Kong

‘Tranquini, relaxation drink, is a relevant proposition for all countries around the world. There are same consumer tendencies and perceptions, which contributes to the development of relaxation beverage market. In an era where mindfulness is increasingly important to consumers, relaxation beverages would offer the necessary relaxation and a healthy alternative to soft drinks.’

www.ecozine.com/article/tranquini-0 Continue reading “Interview With Chief Relaxation Officer And Founder of Tranquini, Ahmed Elafifi In Ecozine From Hong Kong”

Even Better Scores In Golf Tournament With Tranquini

Golf requires a lot of concentration and focus in order to achieve good results. Stress, arising from such things as daily issues at work, family obligations or commuting, often prevents golf players from immediately concentrating on the game and producing their best performance. Tranquini makes it possible for golfers to reach the relaxed and balanced state of mind which can help them to achieve the best results. Continue reading “Even Better Scores In Golf Tournament With Tranquini”