Çox Yaşa Lavanda

Çox Yaşa Lavanda

Lavandanın keçəlliyin, yüngül yanıqlar və civzələrin qarşısını almasını və mədə-bağırsaq xəstəliklərinə mistik çarə olmasını elmi ictimaiyyət az dəstəkləyir. Amma lavandanın əhval-ruhiyyəyə və qavrayışa təsiri get-gedə daha çox dəstək qazanmaqdadır.

Avstraliyada lavanda aromaterapiyasının nəticələri ilə bağlı aparılmış bir sınaq, bu efir yağının psixoloji effektlərinin olduğunu sübuta yetirən, artmaqda olan dəlilləri dəstəkləyir.

Aromaterapiyanın nəticələrini qiymətləndirmək üçün tədqiqatçılar sayıqlığa əks təsir göstərdiyi düşünülən iki efir yağını- sakitləşdirici lavanda və gümrahlaşdırıcı rozmarinini müqayisə ediblər.

Amma sıralamaya gəldikdə isə hər iki qrup eyni tərəfdə idilər: heç bir bitkinin tətbiq olunmadığı fərdlərlə müqayisə lavanda və rozmarin qrupları əhval-ruhiyyələrinin xeyli yaxşılaşdıqlarını bildirdilər.

Lavandanın sakitləşdirici təsiri ilə bağlı iddialara gəldikdə isə elmin aromaterapiyanın etibarlılığına müsbət yanaşdığı görünür. Əgər o, sizin bu gecə daha yaxşı yatmağınıza kömək etmirsə bəlkə lavanda budağı kömək edə bilər.

Yağişda Nəğmə Oxumaq

Yağişda Nəğmə Oxumaq

Duş; Alfred Hitchcockun “Psixopat” filminə baxmamısınızsa, deməli, sizin üçün bu tənhalıq və istirahət yeridir. Və əgər səhəri yaxşı əhval ilə açmamısınızsa, məhz bu yer sizə kömək edə biləcək.

ÜRƏYİN İSTƏYİRSƏ OXU!

Amma siz bilirdinizmi ki, duş vaxtı siz pozitiv təcrübə ala bilərsiz? Sadəcə, içəri girin, suyu açın, şampunu ələ alın və sevdiyiniz mahnını qoşun.

Mahnı oxumaq bizə sağlam və pozitiv emosiyalar bəxş edir. Və bunu duş zamanı edərək biz kiminsə təndiqindən xilas ola bilirik – bura doğrudan da təhlükəsiz bir yerdir.

Və mahnı oxumaq bizi həm də stressdən qoruyur.

Mahnı oxumağın faktiki olaraq fiziki güzəştləri kifayət qədər var. Ən adi, bəlkə də ən yaxşı tanınan – stressdən xilas olunmaqdır. Singfit-də olan Karlos Fletesin sözlərinə görə, biz rahatlaşanda İmmunoqlobulin A immun sisteminə fayda gətirən anticisimləri artırır.

Mahnı oxuma sizi həm də xoşbəxt saxlayan dopamin hormonunu da işə salır. Dopamin yarananda stress azalır və gərginlik də azalır.

Üstəgəl, mahnı oxuyanda, narahatçılıq da aradan qalxır. Hələ sevincliyi bəxş edən endorfinləri və narahatçılığı yox edən oksitocin hormonları barədə demirik.

Bəs bunu kim bilirdi? Ümid edirik ki, kifayət qədər çox adam. Spotify-in Baş Direktoru Daniel Ekin sözlərinə görə, bir çox insanlarda duş üçün nəzərdə tutulan pleylistlər var.

Bəs onlar məhz hansı mahnılara qulaq asırlar? Bu da Spotify-ın ilk 20 mahnısı.

Meli̇ssanin Gücü

Meli̇ssanin Gücü

Melissa officinalis və ya əgər botanikaçı deyilsinizsə sadəcə melissa, əsrlərlə sakitləşdirici vasitə kimi tanınır. Onun yuxululuq gətirməmək cəhəti az tanınsa da sakit qalmaq və təzyiq altında işləmək üçün çox faydalıdır.

Melissa ekstraktlarının insanlarda laboratoriya şəraitində yaradılmış stressin azaldılmasnda səmərəli olduğu, “özünü qiymətləndirmə zamanı sakitliyin və sayıqlığın daha çox müşahidə olunduğu” qeyd olunmuşdur.

Müəlliflər həmçinin 300 mq melissa ektraktının tətbiqindən sonra “dəqiqlikdə heç bir azalma olmadan riyazi təhlil sürətinin ciddi şəkildə artmasını” qeyd etmişlər.

Melissa tibbdə həmçinin bitki çayı və ya ekstrakt formasında da qəbul edilir. O, yüngül sedativ, sakitləşdirici vasitə kimi istifadə olunur.

Ən azı bir araşdırmada onun stresi azaltmada effektiv olduğu aşkar olunub. Bununla belə tədqiqatın müəllifləri daha geniş araşdırmaya ehtiyac olduğunu bildirmişlər.

Melissanın həmçinin əhval ruhiyyəni və zehni fəaliyyəti yaxşılaşdırdığı görülmüşdür.

Onun anti-bakterial xüsusiyyətləri elmi cəhətdən nümayiş etdirilsə də bu xüsusiyyətlər araşdırılmış digər bitkilərdə olduğundan xeyli azdır.

Onun anti-bakterial xüsusiyyətləri elmi cəhətdən nümayiş etdirilsə də bu xüsusiyyətlər araşdırılmış digər bitkilərdə olduğundan xeyli azdır.

QIZIL OXLA TANIŞ OLUN

QIZIL OXLA TANIŞ OLUN

Təbabət aləmində və səhiyyədəki radikal inkişaf ilə dünyanın hazırki əhalisi həmişəkindən çox daha qocadır. Faktiki olaraq Yaponiyada 100 yaşdan böyük 60000 nəfərdən çox insan yaşayır. Lakin uzun yaşamaq uzun və sağlam yaşamaqla eyni şey deyil. Hidekiçi Miyazaki bu qaydadan bir istisnadır.

Ləqəbi “Qızıl Ox” olan Hidekiçi dünyanın ən yaşlı yarış atletidir. Amma onun hədəfi sadəcə rəqabət deyil, o, həm də cəld olmaq istəyirO, hazırda 100m məsafədə 105 və daha yaşlı insanlar kateqoriyasında ən iti qaçanlar üzrə Ginnes Dünya Rekordunun sahibidir!

Onun uzunömürlüyünün sirri, dediyinə görə gündəlik məşqlər və diqqətli qidalanmadır. Və əlbəttə bu siyahıya soyuq qanlılıq və sakit təbiətli olmağı da əlavə etmək olar. 

Ze Qardian (Qoruyucu) jurnalına verdiyi müsahibəsində o, belə deyir, “Həkimlər hamısı təəccüblənirlər. Bütün məsələ sağlamlıqdadır. Bir-iki gün əvvəl həkimlər məni tibbi müayinədən keçirib, mən top kimiyəm!”

Düşünə bilərsiniz ki, o, uzunömürlü insanlar üçün 29.83 saniyə olan rekordla kifayətlənər və idmandan təqaüdə çıxmağa hazır olar. Lakin təqaüdə çıxmaq mümkün deyil. “Təqaüd barədə düşünə bilmərəm,” deyir Miyazaki. “Hələ bir neçə il də davam etməliyəm, azarkeşlərimə minnətdarlığımı göstərməliyəm.”

“Mən daha bir neçə saniyə də qısaltmalıyam,” Miyazaki Kiotodakı yarışdan sonra reportyorlara deyib. “Fiziki olaraq top kimiyəm. Səhhətimlə bağlı heç vaxt problemim olmayıb. Həkimlər məndən heyrətə gəlirlər.Mən şübhəsiz hələ iki-üç il də qaçmağa davam edə bilərəm. Hər şey iradə gücündən asılıdır.”

Buradan maraqlı bir məqam anlaşılır; belə çıxır ki, Qızıl Oxun həyata qarşı pozitiv münasibəti taleyə meydan oxumaq bacarığında əsas rol oynayır; o dəlicəsinə şöhrətin zirvəsinə doğru gedir.

İntellektual oyunlar

İntellektual oyunlar

İdman dünyası artıq bir-birini öldürməyə cəhd edən sərxoşlar və vəhşi quldurlarla dolu deyil. Müasir idmanda daha çox nüanslar və bilgilər var və bu sadəcə futbol topunun komandalar arasında təpiklənməsindən ibarət deyil, oyunçular və insanlar öz uğurlarını dəstəkləməkdən ötrü bir çox istiqamətlərə müraciət etməli olurlar. İdman ulduzları arasında bütün dünyada populyarlıq qazanan təcrübə əyani təsəvvürdür – qolfçular bunu 1970-ci illərdən bəri öyrəniblər.

Pozitiv fikirləşin sonra işə girişin

Altı dəfə Meycor (“Böyük Dəbilqə”) turnirinin qalibi Nik Faldo əyani təsəvvür işinə tam inananlardandır. Bu qolfçu onu “əlimizdə olan ən güclü vasitə” adlandırır. Cek Niklos, Tayger Vudz və hazırda dünyada nömrə bir olan Cordan Spit oyunlarında ən yaxşı nəticə əldə etmək üçün əyani təsəvvürün fərqli formalarından istifadə edirlər. 

Lakin bu təcrübə sadəcə qolfçuların adına yazılmayıb. Məhəmməd Əli və Pele kimi idman ikonaları ona and içir və bu yaxınlarda İngiltərə yığması və Mançester Yunaytedin hücumçusu Ueyn Runi də özünün buna inandığını elan etmişdir. “Oyundan bir gecə öncə yerimdə uzanıb necə qol vurmağımı və ya yüksək nəticə göstərməyimi özüm üçün əyani təsəvvür edirəm,” bir dəfə o, açıqlayıb. “Özünü o ana gətirməyə və hazırlamağa çalışırsan.

Bu o demək deyil ki, sən divanda oturub daha yaxşı həyatın, daha dolğun inkişafın və ya daha incə belin xəyalını qura bilərsən. Bu o deməkdir ki, sən idman dünyasından bir yarpaq qoparıb fikrini həyatında müsbət dəyişiklik yaratmağa yönləndirə bilərsən. Saykoloci Tudey (Bugünün Psixologiyası) jurnalında qeyd edilir ki, “Müasir araşdırmalar göstərir ki, əqli fəaliyyətlər motivasiyanı çoxalda, özünə inam və öz fəaliyyəti artıra, mühərrikin funksional göstəricilərini yaxşılaşdıra, beyninizi uğura stimullaşdıra və axın vəziyyətini yüksəldə bilər.”

Odur ki, növbəti dəfə mükəmməl hərəkətlər göstərmək istəyəndə, dərindən nəfəs al, rahatlan və pozitiv ol, sonra da bax gör arzun necə gerçəkləşir. 

Indian Media Welcomes Tranquini at the Brand Launch

In the energetic city of Mumbai, Tranquini decided to create a positive buzz and encourage curiosity by inviting more than fifty journalists to the brand?s launch event. The product, the brand and the company had not been revealed to journalists prior to the launch, so Mr. Ahmed Elafifi, Founder & Chief Relaxation Officer, introduced the new functional drinks category to the Indian market and explained its natural ingredients and relaxing benefits. Continue reading “Indian Media Welcomes Tranquini at the Brand Launch”