Açılışmağın dəlisov üsulları

Açılışmağın dəlisov üsulları

Stresin bədəninizə təsiri Stiven Kinqin əsərlərini oxumaqdan daha qorxuludur. Siz özünüzü daim fit çalan çaydan kimi hiss edir və ya o səsləri çıxarırsınızsa, artıq baş ağrıları, sinə ağrısı, yüksək qan təzyiqi və yuxusuzluq – ən azından bir neçə qorxulu streslə bağlı sensasiya sizi gözləyir. Bütün bunların üst-üstə yığılmasına imkan versəniz, siz canınızı ölümcül xəstəliklərə məruz qoyarsınız. Stres əsl düşməndir. Sadəcə olaraq sakitləşdirici həb atmağınız yetməz, gəlin püxtələşmək üçün bu qeyri-adi üsullara göz gəzdirək.

Partlatmağa hazır olun

Qab-qacaq yuyun

Yaşıllaşın

Odur ki, növbəti məzuniyyətiniz bir əbədiyyət qədər uzaq görünürsə, qabları yuyarkən eləcə də bir kitab oxuyun və saçınızda bir çiçəklə hava diyircəkli paket partladın! 

Qilincla bi̇rgə yaşa

Qilincla bi̇rgə yaşa

Ta zamanın başlanğıcından bəri insan övladı tanrıları doyurmaq, kral və kraliçaları əyləndirmək, tərs qaynanaları razı salmaq və son zamanlarda isə Ölkənizdə İstedadlar Var şousunun münsiflərində təəssürat yaratmaq üçün ölümcül təhlükəli ritualları yerinə yetirir.

Diqqətli ol, başini itrmə

Köz üstündə yerimə, ilan oynatma və qılınc udma kimi qədim ənənələr Hindistan hoqqabazları və şamanları tərəfindən 4000 ilə yaxındır ki, yerinə yetirilir. Köz üstündə yerimə fərqli uğurlarla hələ də geniş tətbiq olunsa da və ilan oynatma dişsiz ilanla bir iş kimi bilinsə də, qılınc udma aşkar potensial təhlükələrinə görə atraksionlar içində ən üstün dərəcədə mükafatlandırılır.

Qılıncın udulması işi maddəni idarə edən meditasiya, dərin konsentrasiya və həyati orqanların zədələnməməsi üçün zərgər dəqiqliyi tələb edir. Lakin, burada uğurun açarı dəhşətli qorxunun qarşısında sakitliyini qorumaq bacarığıdır – bədəniniz avtomatik reflekslərinə qalib gəlməlidir. Çərəz üçün kabab verməyi planlaşdırmırsansa, bəlkə ən azından 24 saat yeməkdən qaçınmaq yaxşı fikir olardı.

Yenə də, nəyinsə düz getməməsi ehtimalı var? 

Təcrübəni araşdırarkən bir neçə ölümlə nəticələnən insidentlər olmuşdur, belə ki, qılınc udan cilovlu qılıncı (gicbəsər) udmağa çalışarkən udlağını yırtıb, bir başqası isə amerika tutuquşusunun “xuliqanlığı” üzündən fikri yayınaraq qida borusunu yırtmışdır! Düşünürəm ki, iti əşyaları udmaq kimi həyəcanlı bir aləmdə bu cür şeyləri gözləmək lazımdır.

Bu hadisəni həzm edə bilmirsinizsə, yəqin özünüzə bir sualı verirsiniz ki, nə üçün ağlı üstündə olan kimsə qılıncı udsun – həm də boğazını doğramaq, xəsarət və ya ölüm bahasına, xüsusilə də yanınızda nəhəng, əsəbləşdirici gözə girməyə meylli bir quş olan yerdə? Nə deyək, bir çox artist üçün bu yalnız əyləncə xətrinə deyil, əslində mümkün olanın hüdudlarını kəşf etmək üçün arenadır.

Fərdi düşüncələr bir kənara, bir şey dəqiqdir; əgər siz nəyisə sübut etmək üçün 1.22m uzunluğunda xəncəri udmaq istəyirsinizsə yaxşı olardı ki, özünüz diqqətli olasınız, bu oyunun tam hakimi siz olasınız. Siz soyuqqanlı, sakit və toparlanmış olsanız yaxşı olar.

Ofi̇Sdə Can Sixintisindan Qurtul

Ofi̇Sdə Can Sixintisindan Qurtul

Siz şokolad fabrikində dequstator deyilsinizsə, işinizin nadir hallarda baş verən yaddaqalan anlarla da olsa yerinə-yetirilməmiş işlər silsiləsi olması qaçılmazdır Vuruşmalı olacağınız çoxsaylı əzabların arasında zəhlətökən kolleqalarınız, su aparatının yanında darıxdırıcı laqqırtı və əlbəttə iclaslar haqqında təşkil edilmiş iclasların iclasları var.

Odur ki, “yeməkxanaya qara yoxsa ağ un çörəyi gətirməlidirlər” haqqında e-məktubları oxuya-oxuya ağlınızı itirməzdən öncə, gəlin sizə ağlınızı itirməmək üçün bir-iki ipucu verək.

Günəşi təqib edin

Musiqi gəlsin

Tərtibli olun

Müntəzəm fasilələr götürün və yaxşıca gərnəşin. Bu sadə hərəkətlərdən heç birini etməyə vaxt tapmasanız, buyurun sizin üçün ən asanı; sadəcə olaraq dərindən nəfəs alın, rahatlanın, pozitiv olun və yaxşı şeylər mütləq baş verəcək.

The Angel of Queens

The Angel of Queens

“Mən bir Mələk gördüm: o, ağ pikap sürürdü!”

Hər gecə Nyu York ətrafında, bir nəfərin qeyri-adi diqqəti, qətiyyəti və fədakarlığı, onun gələcəyinə əminlikdən başqa heç nəyə gümanı olmayan insanlara ümid bəşx edir. Bu, Xorxe Munozun hekayəsidir; Kuinz Mələyi.

Qış Nyu-Yorku öz cənginə alıb və buz onun küçələrini döşəyir. Ruzvelt Prospekti ilə 73-cü küçənin kəsişməsindəki 7-ci marşrut xəttinin yolunun altında gecə vaxtı üstlərində köhnəlmiş paltar olan bir qrup kişi toplaşıb.

Onlar soyuğa qarşı ağır palto, papaq və kapişon geyinmiş və əllərini cırılmış əlcəklərdə bir-birinə sürtürlər. Onlar səki boyu bir cərgəyə düzülüblər və hərdən-bir ağ pikapı görmək ümidi ilə gözlərini gecənin qaranlığına zilləyiblər.

Kuinz rayonunda insanların toplaşdığı Cekson Yüksəklikləri bir çox Asiyalıların və geniş Latın Amerikası icmasının məskənidir. Onlardan biri Kolumbiyada doğulmuş Xorxe Munozdur. 

Axşam saat 9-a qalmış kişilər öz aralarında pıçıldaşır və 2004-cü ildən bəri onlara hər gecə yemək gətirən Munozu gözləyirlər.

Bu 48 yaşlı kişinin yoxsul insanlara olan qeyri-adi mərhəməti ona Kuinz Mələyi adını qazandırmışdır. Hər şey onun bardan çıxandan sonra bir qrup “günəmuzd işçiləri” – bu insanlar ara-sıra çıxan işlərə möhtacdırlar – küçələrin birində görməsindən sonra başladı.

Günəmuzd işçilərin çoxu onun kimi Latın Amerikası ölkələrindən gəlmişdilər və evsiz idilər. Onların həyatında aclıq daim mövcud idi.

Munoz öz-özünə fikirləşdi: Onlar yeməyə necə pul çatdırırlar?

Və beləliklə son 11 ildə və əlbəttə ki, gələcəkdə də Munozun mərhəmətini alovlandıran düşüncə formalaşdı. İlk olaraq o yerli restoranların sahibləri ilə danışaraq onlardan atmaq istədikləri artıq yeməyi ona vermələrini xahiş etdi.

O, belə yemək tapacağı müddətdə onu paylayacaqdı. Amma tezliklə bəlkə daha artığını edə biləcəyi barədə düşünməyə başladı.

O, anasına və bacısına yemək bişirməkdə kömək üçün müraciət etdi və tezliklə hər axşam öz yük maşınının arxasında evdə bişirilmiş yeməkləri paylamağa başladı.

Bu gördüyü işlərin onun həyatına təsiri böyük olub: “Mən son iki ildə bir dənə də olsun filmə baxmamışam”, – deyə o, Nyu York Taymz qəzetinə etiraf edib. “Amma bəzən maşın sürərkən mahnıya qulaq asıram.” Yanında yemək bişirən bacısı əlavə edir: “Onun öz həyatı yoxdur!”

“Bilirəm ki, bu adamlar məni gözləyirlər”, – o, Nyu York Taymz qəzetinə deyir. “Və mən onlar barədə narahat oluram. Siz gərək onların təbəssümünü görəsiniz. Beləliklə mən öz ödənişimi alıram.”

Munoz təxmin edir ki, yemək və qaz bir həftəyə təxminən 400-450 dollar pul aparır; o və onun ailəsi görülən işləri öz qənaət etdikləri pullar və maaşı hesabına edirlər.

Yemək dəstəyinə başlayandan iki il sonra o, bu işi “Kuinzdə Mələk” adlı bir qeyri-hökumət təşkilatı formasında rəsmiləşdirdi.

İndi isə o, biznes idarəetməsi üzrə dərəcəni tamamlamaq üçün Kuinzboro kollecinə geri dönməyi planlaşdırır və bu müddətdə günəmuzd işçiləri yedirməyə davam edəcək.

Bütün bu vaxt ərzində o yalnız bir axşamı əldən buraxıb – o gecə qar tufanı küçələri bağlamışdı. “Sabahı gün mən özümü piss hiss etdim, çünki küçənin küncünə gedəndə onlar məni gözlədiklərini dedilər”- Munoz dedi. “Onlara söz verdim ki, daha heç vaxt gün ötürməyəcəm.”

The Netherlands Celebrates 2016 Together with Journalists & Opinion Leaders

In early 2016, Tranquini took over the Rolling Rock Kitchen in Amsterdam to welcome journalists and opinion leaders to experience the brand. Guests were inspired by the Flow Theory by hearing personal stories of mindfulness. Batul Loomans, founder of Buddha to Buddha, spoke about his journey in building a jewellery and lifestyle brand inspired by the Buddha way of life. Continue reading “The Netherlands Celebrates 2016 Together with Journalists & Opinion Leaders”

The Netherlands Celebrates 2016 Together with Journalists & Opinion Leaders

In early 2016, Tranquini took over the Rolling Rock Kitchen in Amsterdam to welcome journalists and opinion leaders to experience the brand. Guests were inspired by the Flow Theory by hearing personal stories of mindfulness. Batul Loomans, founder of Buddha to Buddha, spoke about his journey in building a jewellery and lifestyle brand inspired by the Buddha way of life. Continue reading “The Netherlands Celebrates 2016 Together with Journalists & Opinion Leaders”