Point (Focus) and Shoot

Point (Focus) and Shoot

Həyatın, demək olar ki, hər sahəsində ani məmnunluq bir nömrəli məqsəd kimi görünür. Nəticədə, “səbr” sözü kobud sözə çevrilib. Və yüksək peşəkarlıq və sənət arxaya keçir. Fotoqraf aləmində bu həqiqətdir. Amma nəyin bahasına?

Rəqəmsal era hər kəsi ’fotoqraf’ edib. Sizin etməyiniz lazım olan tək iş düyməyə toxunmaq və bir neçə kadr çəkməkdir! Bütün ağır işlər sizin üçün edilir.

Bu sadəlik və səmərəliliklə yanaşı fotoqraflıq sənətindən vacib və sehrli bir şey silinmişdir –o mükəmməl görüntünü axtarmağa getdiyinizdə səbirli sakit nəzərin; ideal fotoşəkli çərçivəyə saldıqda konsentrasiyanın olmaması; şəkli geri alaraq əla iş gördüyünüzü anladığınızda təəccübün olmaması.

Steve Sasson adlı gənc mühəndis Amerika Birləşmiş Ştatlarında ilk rəqəmsal fotoaparatı istehsal etdiyi zaman qırx il bundan əvvəl fotoqraflıq sənəti istiqamətini dəyişmişdi. Prototip ağır və yöndəmsiz idi, lakin inqilaba səbəb olmuşdu: yaxın vaxtlarda iri istehsalçılar kiçik, səmərəli və nisbətən ucuz rəqəmsal fotoaparatlar istehsal etdilər. Bazarlar partladı.

BBC Jurnalının bir məqaləsində rəqəmsal fotoaparatlar haqqında deyildiyi kimi: “Plyonka rulonları ilə işləyən fotoaparatlar daha yoxdur. Müvafiq zamanda plyonkalardan şəkil çıxartmaq artıq yoxdur. ‘Mükəmməl’ fotoşəklin baş barmaq və “qırmızı göz” vasitəsilə necə məhv edildiyini tapmaq üçün laboratoriyadan barmaq izləri daha alınmır.”

Kino laboratoriyada çalışan londonlu Çarli Abbiss, eyni çəhrayı linzalar vasitəsilə baş tutan ixtiranı görmədi; Əksinə, həyatını təhlükəyə atdı.

Lakin 2010-cu ildə o və həmkarı Tori Khambhaita ola bilsin ki, gözləmək ümidi ilə Film’s Not Dead-ni formalaşdırdılar. Abbiss izah etdi: “Biz hamımız plyonka ilə işləmişik və vahiməyə düşdük ki, gələcəkdə bizi nə gözləyir… o vaxtdan qayıdış möhtəşəm olmuşdur.”

Nyu York, London, Baltimor, Yohannesburq, Tokio, Vankuver və Stokholmdan olan fotoqraflar plyonkalara qarşı tendensiyanı qəbul etdilər.

Əgər mən gün ərzində heç olmasa bir yaxşı şəkil çəkirəmsə, onda yaxşı işləyirəm.

Abbiss deyir ki, bunun çox səbəbləri var: “Şəxsən mən fotonun çıxarılması prosesin yubanmasını sevirəm. Siz əgər şəkil çəkdirməyi sevirsinizsə, bunun uzun müddət davam etməsini istəyirsiniz , elə deyilmi?”

Fotoqraf David Geffin Fstoppers saytındakı bloqda demişdi: Mən Nyu Yorkda yaşayıram – mənim istənilən vaxt səbrimi təcrübədən keçirtmək şansım olanda ondan istifadə edirəm. Nə qədər çox vaxtımı şəklin hər hansı növü ilə məşğul olmağa sərf edirəmsə, o qədər də çox başa düşürəm ki, bu çəkmək, yubanma və müşahidə üçün azdır. Əlbəttə, ola bilsin ki, siz hər saniyədə bir neçə kadr çəkmək istəyirsiniz, lakin əgər siz emosiyanızı işə salmağa cəhd göstərsəniz və əhval-ruhiyyənizi qaldırsanız, mən düşünürəm ki, daha çox gözləməyə, müşahidə etməyə dəyər. Və görüntünü çəkmək və müşahidə edərək nə demək istədiyinizi aydınlaşdırmağa çalışmaq əvəzinə, nəyi çəkirsinizsə onun haqqında ağlınızda aydın təfəkkürünüzün olması daha vacibdir.”

İtaliyalı, hal-hazırda San Fransiskoda yerləşmiş Paolo Marchesi deyib ki, o plyonkanın ‘təbii’ duyğusunu və prosesi sevir: “ Bu sizi ən yaxşı fotoqraf edir. Rəqəmsal fotoaparat ilə ‘şəkli’ çəkmək sözün əsl mənasında çox asandır.”

Digər amil budur ki, çap edilmiş fotoşəkillər öz rəqəmsal rəqibləri ilə müqayisədə müxtəlif tonallığa malikdirlər.

“Qaranlıq otaqlar fotoqraflar üçün çox xüsusi yerlərdir”, – o izah etdi. “Rəqəmsal əsrdə fotoqraflıq birnəfərlik idmana çevrilmişdir: bir nəfər və onun kompüteri , şəkilləri ya yükləyir, ya da elektron ünvanla göndərir. Qaranlıq otaqlar buna ziddir, onlar məsləhət axtarmaq, işlərini əks etdirmək, fikirləşmək və şəbəkələşmək üçün fotoqrafların yerləşdiyi məkandır.

“Mən bilirəm ki, tərəfkeşlik edirəm, amma kadrların tonallığı, zənginlik, rənglərin dərinliyi, xüsusilə də qara rəngin dərinliyinin heç vaxt rəqəmsal fotoaparatda təkrarlandığını görməmişəm”,- Abbiss deyib. “Hər bir kadr növü öz simasını daşıyır və o köhnə və ya təzə olmasından asılı olmayaraq hər bir fotoşəkil kadrına toxunur.”

Onlar hər şeyi, əsasən, insan əlaqələrinə asırlar; Digər insanlarla bölüşdürülən anlar və əlaqələr. Yəni həyat məhz bu barədədir. Və əgər şəkillər real həyatı çəkmirlərsə, onda onlar nə üçündür?

Rahatlanma sizi sürətlə irəli aparır.

Rahatlanma sizi sürətlə irəli aparır.

Əksər insanlar rahatlanmaq üçün qaçırlar, amma onlar qaçarkən rahatlanmağı unudurlar. İstənilən idman növündə, insanlar özlərini gərginləşdirmək və ya etdiklərinin üzərində həddən çox konsentrasiya olmağa meyllidirlər, onların bədənləri zərərli formalara düşür – dağ velosipedi ilə aşağı düşərkən sıxılmış çənə, qaçarkən gərgin çiyinlər və ya növbəti şahmat gedişini edərkən həddən artıq gərilmiş qaşları düşünün.

Qaçarkən, maksimum nəticə əldə etmək üçün ən yaxşı yol, boşalmaqdır. Bu, rahat olaraq qalmaq deməkdir. Hər hansı bir marafonu seyr edin və yarışın liderlərində ilk olaraq bunu hiss edəcəksiniz (hələ onların qaçdıqları sürəti nəzərə almasaq)-onların hamısı rahat görünürlər, elə deyilmi?

Təbii ki, yarış liderlərinin götür-qoy etdikləri strategiyaları var, amma amma ən yaxşı qaçışçılar qaçış zamanı rahat olmağın yollarını təkmilləşdiriblər, və hətta onlar ən uzun məsafələrə qaçanda da sanki yumşaq buludların üzərində sakit-sakit hoppanırmış kimi görünürlər.

Sakit olun və bədəninizin reaksiyasını müşahidə eidn.

Rahatlanmağın yollarından biri diqqəti öz nəfəsinizə yönəltməkdir. Hamilton, dərin burun nəfəsalması təcrübəsini təbliğ edir – bu üsul, nəfəs borularınızı mədənizdən ayıran əzələyə – diafraqmanın dərinliyinə nəfəs gətirir. “Bu, nəfəs borularınıza havanı dolduran aşağı təzyiq yaratmaqla sizin qarın hissənizin genişlənməsinə və ürəyinizə/ürəyinizdən qan axının artmasına səbəb olur… əgər siz yoqa kursunda iştirak etmisinizsə, onda diafraqma ilə nəfəs almağın necə sakitləşdirici olduğunu bilirsiniz.”

Rahatlanmağın yollarından biri diqqəti öz nəfəsinizə yönəltməkdir. Hamilton, dərin burun nəfəsalması təcrübəsini təbliğ edir – bu üsul, nəfəs borularınızı mədənizdən ayıran əzələyə – diafraqmanın dərinliyinə nəfəs gətirir. “Bu, nəfəs borularınıza havanı dolduran aşağı təzyiq yaratmaqla sizin qarın hissənizin genişlənməsinə və ürəyinizə/ürəyinizdən qan axının artmasına səbəb olur… əgər siz yoqa kursunda iştirak etmisinizsə, onda diafraqma ilə nəfəs almağın necə sakitləşdirici olduğunu bilirsiniz.”

Bədəninizin hərəkətlərinə diqqəti yönəltmək qaçış zamanı rahat olmağın başqa bir yoludur. “Qaçışçının Dünyası”da yazarkən, idman psixoloqu Cerri Linç deyir: Daha hamar, sürətli qaçışın sirri daha çox cəhd etmək deyil, rahat olmaqdadıDaha hamar, sürətli qaçışın sirri daha çox cəhd etmək deyil, rahat olmaqdadır. Daha çox cəhd etmək əzələlərin sıxılmasına səbəb olur. Boşalmış vəziyyətdə olan atletlər ən yaxşı qaçanlardır.”

Linç deyir ki, öz məşqlərini yaxşılaşdırmaq istəyən qaçışçılar, hər gün bir neçə dincəlmə texnikasından istifadə etməlidirlər; günün sonunda hamamda dincəlmək, təxəyyül etmək və ya yoqa kimi sadə şeylərin hamısı sizə dinc zehin-bədən ahəngi halında olmağa kömək edər.

Qaçış zamanı, rahat, ən uğurlu sessiyanız üçün bu məsləhətə riayət edin. “Əllərinizin sıxılmamaq şərti ilə rahat şəkildə bağlı olmasına diqqət yetirin, sanki əlinizdə yumurta tutursunuz”, – deyə Linç bildirir. “Rahat addımlamağa çalışın, tempi çox artırmaq və ya azaltmaqdan çəkinin, çünki onlar enerjini israf edir. Qollarınızı silkələyin, çiyinlərinizi boşaldın və qollarınızı aşağı salaraq və dirsəklərinizi kip olmamaq şərti ilə sıxın. Asfalt yol və ya cığırın üzərində sanki sürətlə üzəcəksiniz.