Gülürsünüz?

Gülürsünüz?

Dünya indi çox ciddi bir yerdir – Mançester Yunayted Çempionlar Liqasını tərk edib, Donald Tramp ABŞ-ın prezidenti olmaq istəyir və ola bilsin, “Hanqer Qeyms” filminin növbəti seriyaları hələ çox olsun. Bunlara gülməyin əsl vaxtıdır.

Həyat heç zaman asan olmur. Stres səviyyəniz yüksələndə yumaq kimi büzüşmək və kontrolsuz şəkildə deyinməyin sizə o qədər də faydası olmayacaq.

Daha yaxşı seçiminiz var? Gülün. Böyük, şaqqanaqlı gülüş yaxşı olar. Ucadan gülmək oksigeni artırır və qan dövranını yaxşılaşdırır, bu isə öz növbəsində stresi azaldır. Həyata çox ciddi yanaşmamaq hər kəsə daha yaxşı və daha asan həyat bəxş edə bilər.

Teleqraf qəzetinin yazdığına görə Böyük Britaniyada gülmək kimi sadə bir əməl, depressiyadan tutmuş xroniki ağrılara qədər əqli və fiziki xəstəliklərin öhdəsindən gəlmək strategiyası kimi və xərçəng xəstələrinə dəstək kimi istifadə olunur.

Gülüş həqiqətən ən yaxşı dərmandır.

Gülmək endorfinlərin ifrazına səbəb olur və kortizol və epinefrin kimi stres hormonlarını azaldır. Merilend Universitetinin aşkar etdiyinə görə gülmək qan damarlarının daxili divarlarını – endoteliumu genişləndirir və beləliklə qan dövranını yaxşılaşdırır. “Sizin immun sisteminiz 40%-ə qədər güclənir”, -deyə gülüş terapevti Culi Uaythed Teleqraf qəzetinə bildirmişdir.

Oksfordda təkamül psixologiyası mütəxəssisi Robin Dunbar, Nyu York Taymz qəzetində müsahibəsində bildirmişdir ki, müsbət nəticələrə səbəb, beynimizin yumor hissindən aldığı həzz deyil, gülmə ilə müşaiyət olunan fiziki hərəkətlərdi. “Bizə tanış olan “ha, ha, ha”-nı səslənidirən sadə əzələ sıxılmaları”,-deyə o, qəzetə müsahibəsində bildirir, “özünü yaxşı hiss etməyə kömək edən beyindəki kimyəvi maddələrin – endorfinlərin artımını tətikləyir.”

Tanınmış tibbi tədqiqat təşkilatı Mayo Klinik bildirir ki, siz gülməyə başlayanda, o təkcə sizi zehni olaraq yüngülləşdirmir, o əslində bədəninizdə fiziki dəyişikliklərə səbəb olur. “Şövqlü gülüş sizin stres hormonunuzu alovlandırır və sakitləşdirir və ürək döyüntülərinizi və qan təzyiqinizi artırır”, – deyə klinikadan bildirilir. “Nəticə? Yaxşı, sakitləşdirici bir hiss.”

Öz gülüş səviyyənizi artırmaq üçün, həyatınızda komediyaya daha çox önəm verin – şəkilli komediya hekayələri, yumor kitabları və gülməli filmlər bir başlanğıc ola bilər. Sizi yaxşı əhval-ruhiyyəyə kökləyəcək, yumor hissi yüksək dostlarınızın ətrafında vaxt keçirməyə tələsin. Və əgər heç nə alınmazsa, oturun və pik saatlarda evə maşınla tələsməyi düşünüb ağız-burnunuzu əyməkdənsə, gülün. Öz düşdüyünüz vəziyyətlərə gülməyin yollarını axtarın və stressin azalmasını müşahidə edin, ” deyə Mayo Klinik tədqiqatçıları deyir. “Hətta ilk öncə özünüzü məcbur etmiş kimi hiss etsəniz də, gülməyi təcrübədən keçirin. O, sizin orqanizminizə xeyirdir.”

Ümid adlı bir qız

Ümid adlı bir qız

Bəzən, çətinliyin öhdəsindən gəlməyin ən yaxşı yolu, onu ələ salmaqdır – həqiqətən. Adı Ümid mənasına gələn Houp Lalibert və onun valideynləri məhz belə ediblər, nəticədə bəzi gözlənilməz qəhrəmanların ortaya çıxmasına səbəb olublar.

Today.com-un xəbər verdiyinə görə Houp erkən doğuşla dünyaya gəlmiş və bu dünyaya qədəm qoyandan bəri serebral iflic, korluq və epilepsiyanın nadir forması ilə mübarizə aparmışdır. Houp həmçinin xüsusi bir dieta saxlamalı və ayaq fiksatorları geyinməlidir.

Yeni dəsti almağın vaxtı gələndə, Houp fərqli bir şey istədiyini qərarlaşdırdı – Houp, fiksatorların şahzadələrlə deyil, Disneyin mənfi qəhrəmanları ilə bəzədilməsini istədi.

Heç bir şeyin dəyərini onun xarici görünüşünə görə qiymətləndirmə.

Gəlin düzünü deyək, filmlərdə bəzən ən güclü obrazlar mənfi obrazlardır. Ən kəsərli cümlələr, yaddaqalan çığırmalar və bəzən dramatik sonluqlar elə onlara məxsus olur. “Kral Aslan”da öz qardaşı və qardaşı övladının sonunu hazırlayan hiyləgər, kələkbaz Skarı və ya Kiçik Su Pərisində ziyankar Ursulanı xatırlayın. Və sonra, “101 Dalmat şöhrəti”dən tanıdığımız ən təmtəraqlı, möhtəşəm və cürətli mənfi obraz – Kruella de Vil (“əgər o sizi qorxutmursa, onda heç bir şər qüvvə sizi qorxutmaz”).

Amma bu konsepsiyada usta sənətkar tapmaq lazım idi. Odur ki, Houpun ailəsi tatuaj ustası Aron Quilmetin yanına getdilər. O, məmnuniyyətlə kömək etməyə hazır idi. “Mən ilk öncə Houpun fiksatorlarını dizayn etməyə başlayanda, xüsusilə subyektin nə olacağını eşidəndə düşündüm ki, bu əla bi ideyadır.”- deyə, Quilmet ABŞ-da mətbuata bildirdi.

Qəhrəmanların rəsmini fiksatorların üzərinə çəkməyə bir neçə cəhdən sonra, Quilmetin dizaynları ən son variantda plastik fiksator materialına yapışdırılan və cızılmadan qorumaq üçün poliuretan ilə örtülmüş etiket formasını aldı.

Balaca Houp indi bir fiksatorun üzərində hırıldayan Ursula, digərində isə hiyləgər Kruella De Vilin rəsmi ilə gəzişə bilirdi. Son toxunuş ilə Quilmet Houpun adını dizayna daxil etdi. “Onları görəndə çığırmışdım”, – deyə Houp Today.com-a bildirdi. “Hər hansı şəkildə kömək edə bildiyimə görə çox şadam”, – Quilmet əlavə etdi.

“I screamed when I saw them,” Hope told Today.com. “I’m glad to be in a position where I can help in any way,” added Guillemette.

Bir qədər düşünəndən sonra xeyir bir iş üçün istənilən şeyi müsbət qüvvəyə çevirmək mümkündür; hətta Disneyin ən dəhşətli mənfi obrazlarını da!!

Birlikdə daha yaxşı

Birlikdə daha yaxşı

Boşqabları yumaqda kömək üçün bir nəfərin olması ilə yanaşı uzun-müddətli, fədakar münasibətin faydaları çoxdur və çoxçeşidlidir. Əlbəttə ki, gecəni şəhərdə keçirmək və ya bütün şənbə günü öz pijamalarını geyinib tək-tənha “Dostlar”-a baxmaqdan daha yaxşı heç nə yoxdur, amma paylaşmaq – elə özünüzə qayğı göstərmək deməkdir.

Çikaqo Universitetinin apardığı bir araşdırma göstərmişdir ki, uzun-müddətli münasibətlərə sadiq olmaq stress hormonu kortizolun daha az ifrazına səbəb olur. Evlilik və sosial dəstək stresə qarşı bir bufer ola bilər, -Stress jurnalındakı yazısında tədqiqatçı Dario Maestripieri belə yazır.

Sevgilinizə həm emosional, həm də fiziki baxımdan yaxın olmaq – məsələn toxunmaq və qucaqlaşmaq barədə düşünün – bədənin “xoş əhval hormonu” dofaminin ifrazına səbəb olur. Bəzi tədqiqatlara görə sevgilinizi öpməyiniz, beyninizdə mükafat, və həzz mərkəzlərini idarə etməyə kömək edən sinir ötürücüsü dofaminin daha çox ifraz olunması sayəsində ünsiyyəti daha da arıtır.

Stressinizi sevgi ilə idarə edin.

Təbii ki, hər şey qucaqlaşmaqla bitmir. Tədqiqat göstərir ki, mütəmadi cinsi əlaqədə olan şəxslər daha sağlam olurlar. 57-80 yaşlarında 3000 amerikalı arasında aparılmış bir tədqiqat göstərib ki, cinsi əlaqədə olanlar olmayanlara nisbətən öz ümumi sağlamlıqlarını daha yaxşı qiymətləndiriblər. Cinsi əlaqə sizin ürəyiniz üçün də faydalıdır. “Ürəyinizi məşq elətdirən istənilən şey sizin üçün xeyirlidir, cinsi əlaqə də bura daxildir”, – Böyük Britaniyanın Milli Səhiyyə Xidməti xəbər verir.

Evli qadınlar da öz subay həmkarlarına nisbətən daha sağlam görünürlər. Evli insanların ürək tutması ehtimalı daha azdır və daha az psixoloji narahatlıqlar yaşayırlarvə cərrahiyyə əməliyyatından sonra daha yaxşı bərpa olunurlar. Üstəlik, əgər sizin yarınız fəal və sağlamdırsa, ehtimal ki, siz də daha fəal və sağlam olacaqsınız.