Hakuna Matata

Hakuna Matata

İdarə edə bilməyəcəyin problemlərə görə narahat olma.

Daim narahatlıq keçirmək çox çətindir. Həddən artıq narahatlıq insanı taqətdən salır. Lakin lazımi qədər narahatlıq olmasa, bu zaman problemi aradan qaldırmaq üçün gərəkli işlər görülməyəcək.

Təsəvvür edin ki, böyük təqdimat etməli, yaxud nitq söyləməlisiniz, lakin auditoriya qarşısında çıxış etməkdən qorxursunuz. Sizin çıxışınıza 2 həftə qalıb və siz insanlar qarşısında dayanmaq üçün hazırlığa o qədər vaxt sərf edirsiniz ki, əsas məqsədə – çıxışın yazılması və hazırlanmasına fikrinizi cəm edə bilmirsiniz.

TO möhtəşəm günün axşamı siz nəhayət ki, oturursunuz, çıxışınızın tərtibatını bitirirsiniz və ümumilikdə nəticədən razı qalırsınız, lakin arzu edirsiniz ki, kaş onu tam mükəmməlləşdirmək üçün bir qədər də vaxt olaydı. Həmin gecə yatsanız da, qətiyyən dincələ bilmirsiniz, çünki hər saatdan bir mədənizdə ağrı ilə oyanırsınız.

Səhəri yorğun və həyəcanlı şəkildə heç nə etmədən ancaq çıxış vaxtını gözləyirsiniz. Və özünüz də bilmədən artıq tükənmisiniz. Siz gücdən düşmüş, üzgün olmaqla yanaşı, həm də özünüzə əmin deyilsiniz.

Bu iki həftəlik həyəcan dövrü narahatçılığın konstruktiv şəkildə idarə olunması vasitəsilə aradan qaldırıla bilərdi. Gün ərzində narahatlıq müddətinin yaradılması, günün qalan vaxtını məhsuldar etməyə və bütün diqqətinizi toplamağa imkan verir.

Nəzərə almaq lazımdır ki, narahatlıqların bəziləri əsaslıdır, bəziləri isə yox. Həlli sizdən asılı olmayan problemlərdən ötrü narahatçılıq keçirmək sizə heç bir fayda vermir, lakin sizi üzür. Yalnız nə isə edə biləcəyiniz təqdirdə fikrinizi cəmləyin. Maddi sıxıntılarınız varsa, müzakirəyə çıxarın. Yalnız plan tərtib etməyə başladığınız zaman, çiyinlərinizdəki yükün azaldığını hiss edəcəksiniz.

Təbii ki, demək etməkdən daha asandır. Beləliklə, əgər siz özünüzü “xroniki narahatçılıqdan əziyyət çəkənlər” sırasına aid edirsinizsə, bu məsləhətlərə əməl edin – həyatınızın necə qısa olması barədə düşünün. İndi fikirləşin – öhdəsindən gələ bilirsiz, elə deyilmi? Görürsünüzmü, bizim hər birimiz düşündüyümüzdən çox daha güclüyük. Lakin güclü olmaq üçün bizim yatmağa ehtiyacımız var. Bizim oturmağa, nəfəs almağa, nigarançılıqlarımızı yenidən dəyərləndirməyə ehtiyacımız var Əgər biz icazə versək, narahatçılıqlar bizi tamamilə üzüb taqətdən salacaq.

Cilalanmamış almaz

Cilalanmamış almaz

Deyirlər ki, almaz qızların ən yaxşı dostudur. Lakin, onların daxili dəyərini nəzərə almaqla, almazdan istifadə etmək və karbonun sabit allotropuna qulluq etmək həyəcan və stresə səbəb ola bilər. Bizim nəyi nəzərdə tutduğumuzu bilmirsinizsə, sadəcə olaraq kiminsə yersiz sırğa cütünü və nişan üzüyünü axtardığına baxın; bu heç də gözəl mənzərə deyil.

Lakin, itki demək olar ki, eyni zamanda irəli addım ataraq qəhrəman olmağa şərait yaradır. Misal üçün, bu parıldayan daşlar həyatına daxil olanda həyatı həmişəlik dəyişmiş evsiz bir adamı götürək.

Bir neçə il əvvəl, Kansas şəhərindən olan Billy Ray Harris bir zamanlar evsiz və küçələrdə dilənən biri idi, xeyirxah qəlbi sayəsində sensasiya müjdəçisi olmuşdur.

Bir yaxşı əməl digər yaxşı əmələ layiqdir.

Bir qadın 4000$ dəyərində olan nişan üzüyünü Harrisin pul yığmaq üçün istifadə etdiyi fincana atdıqda, o, üzüyü bir zərgərə satmaq əvəzinə üzərindən keçdi. Bir neçə gündən sonra qadın üzüyünün harada itirdiyini anladıqda Harrisin yanına qayıtdı və özünün sahib olduğu qiymətli əmlakına qovuşdu.

Nəticədə, Darling və onun əri Harrisi küçədə dilənməkdən azad etmək üçün onlayn ianə səhifəsi yaratdılar. Onun dürüstlüyü və xeyirxahlığına görə 8000-dən artıq insan 192 000 dollara yaxın ianə verdilər. Harrisin ev almaq, iş tapmaq imkanı var idi və o, oldüyünə inanan çoxdan itirdiyi ailəsinə qovuşdu. Harrisin hərəkətləri sadə xeyirxahlıq əməlinə görə dünyanın diqqətini cəlb etdi.

“Yaxşılıq müsbət sosial nəticələrin enerji mənbəyi kimi başlaya bilər”,- Kaliforniya Universitetinin psixologiya üzrə professoru Sonya Lyubomirski deyir. “Başqalarına yardım etmək, qiymət qoymaq və minnətdarlığı bildirmək üçün insanlara yol göstərir. Bu həmçinin, qarşılıqlı məhəbbət göstərmək üçün də zəruri vaxtlarda insanlara yol göstərir. Başqalarına yardım göstərmək digərləri ilə ünsiyyət qurmaq, təbəssüm, minnətdarlıq və dəyərli dostluq qazanmaq üçün insanların əsas ehtiyacını təmin edir.”

Bir sözlə, əgər özünüzü əla hiss etmək istəyirsinizsə, sizin sadəcə xeyirxah olmağınız lazımdır.

Sidneydən olan klinik psixoloq Jo Lamble keçən il Sydney Morning Herald qəzetinə deyib: Xeyirxah olmaq orqanizmimizdə stres səviyyəmizi azaldır, daha az kortizol ifraz olunur, qan təzyiqini azaldır, yuxunu yaxşılaşdırır və immun sistemini gücləndirir.”

Əsas etibarilə, siz başqaları üçün bir şey etdiyiniz zaman bunu eləcə də özünüz üçün etmiş olacaqsınız.

Çin tədqiqatları iddia edirlər ki, xeyirxah olmaq sizi digərlərinə qarşı rəğbətli edə bilər. 2014-cü ildə araşdırmalar zamanı iştirakçılar, istiqanlı və xeyirxah kimi müsbət cəhətləri göstərdiyi zaman bir şəxsi daha cazibədar hesab etdiklərini bildirmiş və nəticədə tədqiqatçılar “halqa effekti”nin mövcudluğunu kəşf etmişdilər.

Harris sadəcə ona təbii gələn hərəkətləri edirdi, lakin onun sadə, vicdanlı nümunəsinə əməl etsəniz, siz digərlərinə müsbət təsir edəcəksiniz və eyni zamanda həyatınız dəyişəcək.

Belə ki, yaxşı əməllər etməyə çalışın, çünki ətrafında nə baş verirsə hamısı ətrafına qayıdır.