Gələn il üçün yüksək hədəflər seçməyin

Gələn il üçün yüksək hədəflər seçməyin

Sizin Yeni İl vədlərinizin üzləşdiyi ən böyük problemlərdən biri çox güman ki, onların çox çətin olacağıdır. Qeyri-real hədəflər sizi özünə hörmət üçün xeyirli olmayan uğursuzluğa sövq edir və stres və narahatlığa səbəb ola bilər. Lakin, diqqətlə nəzərdən keçirdikdə, əldə edilə bilən hədəflər Yeni il və ondan sonra da həyata keçirilə bilər.

Bu geniş qəbul edilmiş hədəf seçmədir, əgər düzgün həyata keçirilərsə, daha səmərəli və məqsədyönlü həyat tərzinə səbəb ola bilər. Və, Yeni İl zəngləri bir sıra siyahıları və vədləri ənənəvi olaraq təklif edir.

Amma hədəflərin müəyyən edilməsi hər zaman iki nəticəyə işarə edir. Sizin zirvəyə çatmağınıza əmin olmaq üçün altı vasitə aşağıdakılardır.

Böyük hədəflərə nail olmaq üçün kiçik hədəflər təyin etmək

Mərhələli hədəf seçimi əsas sayılır. Siz əgər marafon qaçmaq istəyirsinizsə, ilk məqsəd 5 kilometrdir. İlk növbədə əsasları qoymaq lazımdır. Bu açıq-aydın görünür, lakin insanlar həmişə hədəfləri son nöqtədə bitdikdə ruhdan düşürlər.

Nə istədiyinizi soruşun

Heç kim sizin nə kimi ehtiyaclarınızın olduğunu bilmir. İnsanların sizin nə istədiyinizi bilməsinə əmin olmaq üçün fikrinizi bildirmək zəmanətli vasitədir. Cavab hələ ki, “Xeyr” ola bilər. Lakin, bu hər halda sonluqdur.

Çəki itkisinə özünüzü vadar etməyin

Əgər edirsinizsə, siz artıq itirmişsiniz. Sizin bayram qabağı tərəzidə çəkinizə qarşı yeni çəki hədəfinin müəyyən edilməsi. fəlakətə səbəb ola bilər. Əgər siz də dostlarım kimisinizsə, başlamamışdan əvvəl şübhəsiz ki, bir neçə funt kökəlmisiniz, bu onu göstərir ki, sizin 5 kq arıqlama hədəfiniz çox güman ki, 8 kq-dan çoxdur. Siz əvvəlki vəziyyətə gəlməzdən əvvəl imtina edəcəksiniz.

Bunu qeyd edin

“Gələn il daha çox şeyləri həyata keçirəcəyəm,” -hər kəs hər zaman bu cür söyləyir. Lakin söyləmək və etmək tamamilə fərqli məfhumlardır. Yaxşısı budur öz niyyətlərinizi qeyd edin və sonra özünüz üçün hədəfləri peşəkarlıqla qeyd etməyə nail olmaqla həmin qeydləri bir addım irəli aparın. Proqram üzrə – yeməyə, velosiped sürməyə, üzgüçülüyə və trenajor zallara pul sərf etdikdən sonra – sizin axıra qədər getmək şansınız daha çox olur. Hədəfin olması da buna kömək edir.

Birini seçin

“Bu il mənim hər həftə sonu maşınımı yuduğum, itimlə gündə iki dəfə gəzdiyim, səhərlər təzə məhsullar aldığım, az kofe içdiyim, öz çörəyimi bişirdiyim ildir…” Oh, bir az yavaş ol Bütün fişlərinizi qırmızı etmək şübhəli kazino strategiyası ola bilər, lakin iş nəticəyə gəldikdə az, çox ola bilər. “Çoxlu dəyişikliklər etmək və eləcə də tam iki dəqiqə ərzində dişlərinizin fırçalamaq vaxtı olduğunu qərara almaq və dünya hadisələri barədə daha çox məlumatlı olmaq üçün böyük diqqət və sayıqlıq tələb edilir” – psixoloq Yan Nyubi-Klark deyir. Bir əhəmiyyətli dəyişikliyi seçərək, özünü ona həsr etmək daha yaxşıdır.

Səbirli olun

Demək olar ki, sizin üçün zərərli olan hər şey ani sevindirici haldır. Real dəyişiklik isə iş və fədakarlıq tələb edir. “Un və qənd yeməməyin və fitnes rejiminə riayət etməyin və həyatınızda rəqəmsal aləmdən uzaq durmağın üstünlüklərini hiss etməyə başlamaq üçün bir həftə və daha çox vaxt lazım olur”, – əfsanəvi böyük sörfçü Laird Hamilton kişilər üçün jurnalda deyir. “(Çox güman ki, siz özünüzü yaxşı hiss etməzdən əvvəl pis hiss edəcəksiniz.) Əsas yalnız imtina etmək deyil, çünki siz dəyişiklikləri dərhal görmürsünüz. Nəhayət, nəticələr sizin motivasiyanız olacaq.”

Həmahəng tonda ifa

Həmahəng tonda ifa

Musiqiçilər kimi ahəng konsepsiyasını dərindən anlayan çox az insan vardır. Hər bir musiqiçi qadın və ya kişi mizrabda, klaviş və ya zərb alətində buna cəhd edir. Onlar bunu “həmahəng tonda ifa etmək” adlandırır.

Ritmin tapılması üçün istifadə olunan bu cür mistik terminə musiqi parçasının ritm və ya bass hissəsində rast gəlinir. Dinləyici bu ritmi hiss etməyə bilər, lakin siz geriyə boylanıb izdihamı müşahidə etsəniz bunu özünüz görəcəksiniz. İnsanlar sanki zəncirvari şəkildə bir-birlərinə bağlanmış kimi qeyri-ixtiyari şəkildə ritmə uyğun olaraq gözləri yumulu halda ayaqlarını yerə vurur, başlarını yırğalayırlar. Buna görə də deyirlər ki, musiqi dil və digər fərqlər olmadan insanları birləşdirmək qüvvəsinə malikdir – “həmahəng tonda ifa” həm musiqiçilər, həm də dinləyicilər üçün bu baryeri aşmaq üçün əsas vasitədir.

Musiqiçilərin nöqteyi-nəzərindən “həmahəng tonda ifa” komanda işi üçün –istifadə olunan termindir – burada söhbət fərdlərin və onların bacarıqlarının birləşməsindən, fərdi olmaqdan çıxaraq birləşmiş qüvvəyə çevrilməsi üçün mühitin tapılmasından gedir. “Həmahəng tonda ifa” qrupu orkestrə çevirən bir elementdir. Bas gitara ifaçısı ilə baraban ifaçısı eyni tempi tuta bilsələr, bu kombinasiyanı sözlə ifadə etmək mümkün deyil və bunun təsir gücünün nəzərə çarpacaq dərəcədə hiss olunacağını desək heç də mübaliğə etmiş olmarıq.

Bu, qrupu orkestrə çevirən bir elementdir.

Nümunə. Bir dəfə o vaxtkı rəfiqəm məni tanımadığım bir qrupun konsertinə apardı. Bu, həyatımda ən gözəl keçirdiyim vaxt idi. Bu, həqiqətən də möhtəşəm idi; həyatım boyu getdiyim məşhur konsertlərdən də gözəl idi. Hər bir mahnı sanki hit olmaq üçün yaradılmışdı. Beləcə, konsertdən çıxdıqdan sonra mən onların albomunu aldım. Lakin ona nifrət etdim Hesab edirəm ki, bunun səbəbi mənə aydın idi; həmi gecə canlı olaraq onlar öz templərini tuta bilmişdilər və mən də bunu hiss etmişdim. Lakin studiyanın formal və soyuq şəraitində onlar eyni tempi təkrar edə biləmişdilər.

İllər keçdikdən sonra Bruce Springsteenin fanatı olan bir həmkarım bunu mənə izah edəcəkdi. O dedi: Springsteen heç vaxt eyni ifanı ikinci dəfə təkrar etmir. Heç bir zaman. Onun dəstəsi bunu bilir. Onlar onu tanıyırlar. O, yüzlərlə mahnının yer aldığı siyahıda istənilən anda dəyişiklik edə bilərdi və onun dəstəsi onun manevrindən ahəngi dərhal tapmalı idi. Bu səbəbdən də onlar daim ahəngdə qalırdılar. Buna görə də o zirvədədir. Buna görə də onun musiqisinə qulaq asmağın ən gözəl yolu onu canlı dinləmək idi.

Bu təbiilik, kollektivlik, sərbəstlik və gözəllik təcrübəsi aşağıdakı fikri tamamilə ifadə edir: Feel the Flow.