Bu sadəcə uşaq oyuncağı deyil

Bu sadəcə uşaq oyuncağı deyil

Əlində bir qədəh şərabla Lego oyuncaq parçasının üstünə basan şəxsdən oyuncaq kubiklərin onu incidib-incitməməsini soruşduqda əlbəttə ki, Bəli cavabını alacaqsınız. Lakin davranış üzrə psixoloqlar bunun böyüklər üçün meditativ istirahət mənbəyi olduğunu vurğulayırlar. Sən demə böyüklərin də oyun və əyləncə vaxtına ehtiyacı var.

Legonun yalnız uşaq əyləncəsi olduğu vaxtlar çoxdan keçib. Hətta 2014-cü ildə ekrana çıxan Lego cizgi filmi də Yaxşı/Pis polis personajlarının zarafat və atmacaları ilə uşaqlardan daha çox böyüklərin marağını özünə cəlb etmişdir.

Mançester Yunaytedin və İngiltərənin keçmiş ulduz futbolçusu Devid Bekhem plastik konstruksiyaların günün sonuna kimi dincəlməkdə ona yardımçı olduğunu ifadə eməklə özünü bu konstruksiyaların fanatı hesab edir. “Uşaqlar məktəbdən evə gəldikdən sonra biz adətən onlarla sevdikləri oyunları oynayırıq”,- deyə o, keçən il britaniyalı jurnalistlərə bildirmişdi. “Onlar Legonu sevir. Mən də həmçinin. Hesab edirəm ki, Lego bəzən məni sakitləşdirir.”

Sübut olunmuşdur ki, oyun oynamaq beynin funksiyasını gücləndirir.

“Lego oyuncaqdan üstün bir şeydir – bu, yaradıcılığın ifadə tərzidir” – deyə Legonun Baş Direktoru Vig Knudstorp 2014-cü ildə “The Telegraph”a müsahibəsində bildirmişdir. “Biz ciddi-cəhdlə Lego ilə məşğul olan bir çox böyüklərlə rast gəlirik. Lego ilə heç təsəvvürünüzə gətirmədiyiniz ən heyrətamiz şeyləri düzəltmək mümkündür. İnsanlar ümumiyyətlə qurub-yaratmağı xoşlayırlar. Bu, hər bir bəşər övladının daxilində olan hissdir.”

“The Huffington Post”un xəbər verdiyi kimi Knudstorp insanları eksperimentə həvəsləndirmək üçün vasitə kimi öz dediyinə əməl edərək Legoya gəldi. O, Ciddi Oyun adlanan konsaltinq biznesi yaratmışdır ki, bunun da mahiyyəti məsul şəxslərin xüsusi Lego dəstləri ilə qrup şəklində işləməsindən ibarətdir. Ciddi Oyun vasitəçiləri”

“Sağlam düşüncəli olmağın yolları” əsərinin müəllifi psixoterapevt Filippa Perri “The Gardian”a müsahibəsində bildirmişdir ki, oyun beyin fəaliyyətimizi dəstəkləyir, təxəyülümüzü stimullaşdırır və uyğunlaşma qabiliyyətimizin artmasına yardım edir.

Telefon zənglərinin ardı-arası kəsilmədən çalındığı və iş stresinin səni hər yerdə qarabaqara izlədiyi dünyamızda gündəlik gərginlikdən azad olmaq üçün oyuna bir qədər vaxt ayırmaq daha münasibdir. Tədqiqatlar göstərir ki, oyun bizi stresdən azad etmək, yaradıcılıq qabiliyyətimizi inkişaf etdirmək, beyin fəaliyyətimizi gücləndirməklə bərabər, digər insanlara qarşı etibarımızı artırmaqla onlarla əlaqələrimizin genişlənməsinə səbəb olur.

Ona görə də Lego dəstlərinizi də götürüb ofisinizə gedin və möhtəşəm olmağınıza davam edin Heç bir təlimata ehtiyac yoxdur. Gəlin oynayaq.

Yüksəklikdən qorxmanın valideyn tərbiyəsinə mənfi təsiri yoxdur

Yüksəklikdən qorxmanın valideyn tərbiyəsinə mənfi təsiri yoxdur

Bu bir həqiqətdir ki, edilən xeyir bir əməl digərinə vəsilə olur.

Hündürlükdən qorxub-qorxmamağından asılı olmayaraq uçmaq bir qayda olaraq gərginlik yaradır; lakin uçuş vaxtı ağlayan körpənin yanında oturmaqdan dəhşətli heç bir şey ola bilməz. Elədirmi? Elə isə bir anlıq özünüzü bu körpənin valideyninin yerinə qoysanız onun nə hisslər keçirdiyini anlayarsınız.

Corcianın hekayəsi buna ən bariz nümunədir. Digər gənc analar kimi ilk dəfə idi ki, o, öz dörd aylıq körpəsi ilə birlikdə uçurdu. Bütün gecəni oyaq qalması səbəbindən yorğun və əsəbi idi, lakin bütün bu gərginliklər ilk dəfə öz körpəsini valideynlərinə göstərmək həyəcanına və sevincinə dəyərdi.

Əl baqajı və sinəsinə bənd etdiyi körpəsi ilə birlikdə o, təyyarədəki yerini tutdu. O, daim hiss edirdi ki, yanında oturmaqdan, yanında oturan kişi körpə uşağı olan ananın yanında oturmaqdan narazıdır. Corcianın körpəsi bu gərginliyi hiss edirmiş kimi qəfildən çabalayaraq ağlamağa başladı. Körpəni heç cür sakitləşdirmək mümkün olmurdu. Corcia gərginliyin artdığını hiss edərək stüardessanı çağırıb başqa boş yerin olub-olmamasını soruşdu; xoşbəxtlikdən boş yer tapıldı. Corcia və onun çığırtı ilə ağlayan körpəsini yanında boş yer olan bir qadının yanına yerlədirdilər.

Qadın gözüyaşlı Corciadan onun uşağını qucağına götürmək üçün icazə istədi. Corciyaya tanış olmayan bu xeyirxah qadın uşağı qaldırıb təyyarənin pəncərəsinə yaxınlaşdrdıqdan bir neçə saniyə sonra uşaq ağlamağını kəsdi. Uçuşun çox hissəsini körpəni qucağında saxlayan qadın onu yelləyərək qollarında yatızdırdı.

Corcia ona təşəkkür etmək üçün söz tapmaqda çətinlik çəkirdi. Baş vermiş bu cür əhvalatlar insanlığın dünyada nə qədər böyük bir qüdrətə malik olduğun göstərir. Kiçik bir anlayış və mərhəmət dəhşət dolu gərginliyi xoş bir xatirəyə çevirdi.

Doğurdan da çoxsaylı elmi tədqiqatlar göstərmişdir ki, xeyir əməl işləməyindən və ya onunla qarşılaşmağından asılı olmayaraq, xeyirxah bir iş immun sistemini gücləndirir, beyində serotonin ifrazını artıtır. Serotonin təbii yolla ifraz olunan sinir ötürücüsüdür ki, insana rahatlıq və xoş əhval-ruhiyyə bəxş edir. Buna görə də çox vaxt onu “xoşbəxtlik hormonu” adlandırırlar.

Xeyirxah işlərlə məşğul olan insanlar hər zaman hamıdan xoşbəxt görünürlər,” deyə Kaliforniya, Riverside Universitetinin professoru psixologiya üzrə elmlər doktoru Sonya Lyubomirski bildirir. “Başqalarına qarşı xeyirxah olduqda bir insan olaraq daha daha nikbin, daha pozitiv və daha yüksək əhval-ruhiyyədə olursan”, – deyə o, “Huffington Post”a müsahibəsində bildirmişdir.

Nəzakətli davranış böyük təsirə malikdir. Gün ərzində ən az bir dəfə nəzakət nümayiş etdirməyi qarşınıza məqsəd qoyun. Bu yolu keçmək istəyən yaşlı bir insana kömək etmək və ya onun zənbilini götürmək də ola bilər; xəzinədardan onun əhvalını xəbər almaq kimi kiçicik xoş bir söz də ola bilər. Nəzakətli davranış hər iki tərəfə faydalıdır. Belə ki, növbəti dəfə özünüzdən çıxarkən sakitləşin, dərindən nəfəs alın və özünüzü başqalarının yerinə qoymağa çalışın; nəticənin hər iki tərəfi razı salacağından əmin olun.

Stressdən azad olmaq (Evfemizm daxil edin)

Stressdən azad olmaq (Evfemizm daxil edin)

Beyni təbii şəkildə sakitləşdirir və diqqəti cəmləşdirir

Dünya 2016-ci ildə stresli bir yerdir. Burada daha çox insan, daha çox səs, daha az resurs və vaxt var. Bizim köməyə ehtiyacımız var. Və bu kömək, bizə teaninin formasında bəxş edilir.

Son tədqiqatlar göstərir ki, teanin tez-tez rast gəlinən sinir sistemi pozğunluqlarını aradan qaldırmağa kömək edir. Pozğunluq dedikdə sinir sistemində gərginliyin əmələ gəlməsi və həyəcan, yuxusuzluq, diqqət dağınıqlığı, aludəçilik meylləri və daha ciddi əqli sağlamlıq pozuntuları daxil olmaqla bir sıra problemlərin yaranma riski nəzərdə tutulur.

Əgər müalicə olunmazsa stres beynin şüuraltı qavrayışına təsir edə bilər, eləcə də böyük sinirlərdə (sıçrayan və ya narahat ayaqlar sindromu kimi) və ya sinir sonluqlarında bir çox simptomlara (ağrı və ya digər narahatlıq yaradan hisslər) səbəb ola bilər.

Bir çox qida məhsulları sinirlərin sabitləşməsinə və sakitləşməsinə kömək edir. İndi aydındır ki, teanin bu siyahıya əla bir əlavədir.

Gündə cəmi 200mq teanin qəbul etmənin həyəcanı və qan təzyiqini azaltdığı, bununla yanaşı stres altında olan şəxslərdə əhval-ruhiyyəni yaxşılaşdırdığı məlum olub. Teanin sinir gərginliyini azalda və bunun sayəsində stres yaradan ağır işin öhdəsindən gəlməyə kömək edə bilir.

Gün ərzində yığılan stres gecə vaxtı yuxu problemlərinin yaranması üçün münbit şərait yaradır. Diqqət əskikliyi və hiperaktivlik sindromundan əziyyət çəkən oğlan uşaqlarında aparılmış bir tədqiqatda 400 mq teaninin (200 mq səhər və 200 mq şam yeməyi zamanı) yuxunu əhəmiyyətli şəkildə yaxşılaşdırdığı müşahidə edilmişdir. Gərgin sinirlər qeyri-adi şəkildə yuxu pozğunluğuna səbəb olur. O vaxt ki, gün ərzində sinirlər sakit qalır, yuxu gecə yaxşılaşmağa başlayır. Bu tədqiqatda bunu görmək olar.

Həyəcan və yuxu problemlərinin birləşməsi müvəqqəti bərpaya və ya mükafata, “beyindəki ağrı”-ya müvəqqəti çözümə qarşı hərisliyə gətirib çıxarır. Bir çox maddələr, o cümlədən keyfiyyətsiz qida, siqaret, alkoqol, marixuana və s. müvəqqəti rahatlıq gətirə bilər. Bu isə aludəçilik davranışlarına səbəb olur, əslində isə uzun müddətə heç kimə hər hansı bir xeyri dəymir.

Şiddətli həyəcan beynin sabit şüuraltı qavrayışını narahat edə bilər və nəticədə müxtəlif daha ciddi əqli problemlərə səbəb ola bilər. Buna nümunə kimi reallığın təhrif olunmuş dərkinin həddən artıq sinir fəallığı ilə bağlı olduğu şizofreniya və ya şizoaffektiv pozğunluğu göstərmək olar. Bir tədqiqat qrupu bu pasiyentlərdə teanin ilə müxtəlif tədqiqatlar aparmışdır.

Sinirləri yaxşılaşdırmaq vaxt aparır və qidalanma ona düz yolu göstərməyə kömək edən bir alətdir. Teaninin, bir çox insanda müşahidə olunan, xüsusilə stres təzyiqindən yaranan həddən artıq gərgin sinirləriyaxşılaşdırmağa kömək etməsi barədə hazırda bir çox məlumatlar mövcuddur. Ən yaxşısı budur ki, bu problemlərin qarşısı vaxtında alınsın, çünki onlar ağırlaşmağa meyllidirlər və insanı bir çox sinir və ağrı ilə əlaqəli problemlərə, eləcə də daha müşkül əqli çətinliklərə məruz qoya bilərlər.

Coming together in Vienna

Vienna, the birthplace of Tranquini, recently played host to an event for Tranquini?s investors, partners and team members.

Some 120 people from 28 countries attended the conference and heard first-hand about our philosophy, current results and future direction, as well marketing and communications plans designed to maximise Tranquini?s exposure in current and new markets.