Dünyanın 10 ən dinc ölkəsi

Dünyanın 10 ən dinc ölkəsi

Həyatdakı bir çox şeylər kimi dünya təbiəti də qeyri-bərabər paylanmışdır. Bir çox iqtisadi, ətraf-mühit və mədəni amilləri nəzərə aldıqda, bəzi məkanların yaşamaq üçün digərlərinə nisbətən daha əlverişli olduğu aşkara çıxır. Beləliklə, planetin gərginlikdən uzaq olan ölkələrin siyahısını təqdim edirik.

İSLANDİYA

İdeal yaşayış mühitindən əlavə İslandiyanın bu siyahıda birinci yerə yüksəlməsinin bir neçə obyektiv səbəbi vardır. Əvvəla, 300.000 əhalisi olan ölkənin bütün vətəndaşları ali təhsillidir. Liberal dünyagörüşünə malik, təhsil görmüş əhali cəmiyyətin bütün təbəqələri üçün açıqdır; bura “fərqli” olanlar üçün ən təhlükəsiz məkandır. Buna görə də hər 100.000 nəfərə orta hesabla 1.8 nəfər cinayətkar düşür ki, bu rəqəm də praktik olaraq ölkədə cinayətkarlığın olmaması anlamına gəlir.

DANİMARKA

YENİ ZELANDİYA

Şəhərlərinin ekoloji cəhətdən təmiz, insanlarının mehriban və sosial təminatın yüksək olması Yeni Zelandiyanın bu siyahının ilk pillələrində yer almasına səbəb olmuşdur. Əgər siz reqbini sevirsinizsə, o zaman demək olar ki, doğru məkanda qərar tutmusunuz. Lakin hər şeydən əvvəl yerli əhali ölkə təbiətinin füsunkarlığı ilə fəxr etməlidir. “Üzüklərin hökmdarı” trilogiyasını izləyən hər bir kəs bundan əmin ola bilər.

AVSTRİYA

Avstriyada gənclər on altı yaşına çatdıqda səsvermə hüququ əldə edirlər. Hər tərəfi tər-rəmiz olan şəhərdə ətraf-mühitin heyrətamiz dərəcədə təmizliyi, bundan əlavə mükəmməl nəqliyyat sisteminə malik olması, eləcə də cinayətkarlıq səviyyəsinin aşağı olması və inanılmaz dərəcədə ucuzluqla fəxr etmək olar. Bura, həm də Tranquini içkisinin vətəni hesab olunur.

İŞVEÇRƏ

İşveçrə xalqının xoşbəxt və sağlam olmasının səbəbi hökumətin əhalinin rifahını yüksəltmək naminə onların təhsilinə, səhiyyə xidmətlərinə və əlavə gəlir və imtiyazlarının artırılmasına həddən artıq sərmayə xərcləməsidir. Bu ölkə həmçinin bankları, dağ-xizək kurortları və tez-tez baş verən futbol skandalları ilə məşhurdur. Lakin hər şeydən əvvəl onlar ən əsas dəyərə – xalqa müdrikcəsinə sərmayə yatırmağa nail olmuşlar.

YAPONİYA

Yaponiya ictimai sanitar qovşaqları dünyada ən təmiz sanitar qovşaqlar hesab olunur. Bundan əlavə Yaponiya bütün dünyada tanınan mətbəxi, saf və nəzakətli insanları və dünyanın həsəd apara biləcəyi nəqliyyat sistemi ilə məhşurdur. Yaponlar Yer Kürəsində yaşayan digər millətlərdən daha çox işləyərək qısa müddət ərzində sülhsevər və texnoloji cəhətdən inkişaf etmiş xalq imici yarada bilmişlər.

FINLANDİYA

Bəzən daxili aləminizdə bir boşluq hiss edirsiniz. Finlandiyada isə bu boşluğu doldurmaq üçün kifayət qədər təklif var. Praktik olaraq bu ölkədə korrupsiyanın səviyyəsi sıfra bərabərdir və sinfi ayrıseçkilik çox aşağıdır və gender bərabərliyinə görə ən yüksək səviyyədə durur. Finlandiya dünyada ən yüksək təhsil sisteminə malik ölkədir. Burada uşaqların təmiz (soyuq) havada daha çox qalmasına şərait yaradırlar və buna görə də Finlandiya dünyada Diqqət Çatışmamazlığı və Hiperaktivlik Sindromu (DŞHS) səviyyəsinin ən aşağı olduğu ölkələrdən biridir.

KANADA

BELÇİKA

İlk onluqda yer alan digər Skandinaviya ölkəsi!. Burada füsunkar qədim şəhərlər, qəsrlər və muzeylər vardır. Paris və London sizin yaxınlığınızda yerləşdiyi üçün rahat nəqliyyat vasitəsilə siz bir neçə ən gözəl şəhəri gəzə bilərsiniz. Belə ki, siz sürət qatarı ilə 70 dəqiqəyə Parisdə ola bilərsiniz.